Bz. Sen 22nd, 2019

Silah, dava, söyüş, üzə tüpürmək, qadın başına yumruq… – Bakının avtobus macəraları – VİDEOLAR

Bakıda ictimai nəqliyyatda davaların baş verməsi az qala adi hal alıb. Vaxtaşırı avtobuslarda insident yaşanır və bu xoşagəlməz vəziyyət müzakirə mövzusuna çevrilir.

Turkustan.info Minval.info-ya istinadən xəbər verir ki, ötən gün ictimai nəqliyyatda həmişəki davalardan daha da artığı olub. Belə ki, gənc oğlan qadını yumruqla vuraraq əndazəni aşıb. İndiyə qədər baş verən insidentlərdə arzuolunmaz hallar yaşansa da, bu dərəcədə qabarıq hadisə olmamışdı. Kimin haqlı, kimin haqsız olduaması məsələsi başqa mövzudur, amma həmin yumruq zərbəsindən sonra qadın həyatından da ola bilərdi. Gənc isə ömrünün böyük bir hissəsini həbsxanada keçirmək məcburiyyətində qalacaqdı.

Bu problemin həllinin kökündə nə durur? Hansı tədbirlər görülməlidir ki, heç olmasa bu kimi hallar nisbətən azalsın?! Nisbətən ona görə qeyd etdik ki, dünyanın hər bir yerində oxşar hadisələr baş verir. Bu baxımdan xoşagəlməz durumların müəyyən qədər qarşısının alınması üçün mütləq hansısa addımın atılması zəruridir. Məsələn, sonuncu davaya səbəb mental düşüncəydisə, buna uyğun maarifləndirici işlər görümək olar. Bu sadəcə, xırda misaldır.

Əlbəttə, davaların sürücülərin günahı ücbatından baş verməsi də istisna deyil. Eyni zamanda məhz ən çox insident sərnişinlə sürücü arasında yaşanır.

Təbii ki, davaların videolarının yayımlanmasının saxlamaqla heç nə həll olmaz.

Əslində, sərnişinlərdən birinin “diqqətli ol, hörmətli ol” deyib ictimai nəqliyyat vasitəsinin salonunda silah çəkməsindən sonra dərhal həyacan təbili çalınmalıydı. Düzdür, bununla bağlı lazımi tədbirlər görüldü, lakin davalar günü-gündən geniş vüsət alır.

Minval.info avtobuslarda baş verən davalardan bir neçəsini yada salır. Bəlkə hamısını bir arada görən müvafiq orqanlar olanlarla əlaqədar müəyyən addımlar atar.

Əvvəlcə 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda yuxarıda qeyd etdiyimiz hadisəsinin videosunu təqdim edirik:

Martın 19-da isə 79 saylı marşrut üzrə hərəkət edən avtobus işıqforun qırmızı işığında dayanıb. Bu zaman iki sərnişin sürücüdən avtobusu hərəkətə gətirərək yola davam etməsini tələb edib. Sürücünün sözü ilə razılaşmayan qadın sərnişin arxadan gələrək sürücüyə yumruqla zərbə endirib. O, hətta sürücüyə qarşı nalayiq ifadə işlədib.

Fevralın 28-i saat 1 saylı marşrut xətti üzrə hərəkət edən avtobusu sürücüsü ilə başqa bir avtomobil sürücüsü arasında gərginlik yaşanıb. Minik maşınından düşən şəxs avtobus sürücüsünü təhqir edib ona hədə-qorxu gələrək üzünə tüpürüb.

Ötən il sentyabrın 19-da 135 saylı avtobusun sürücüsü sərnişin tərəfindən döyülüb. İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) aparılıb, onun qaşına tikiş qoyulub.


Ötən il avqustun 18-də saat 20 radələrində A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minən naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlib. Hadisədən bir qədər sonra Binəqədi rayonunun 7-ci polis bölməsi əməkdaşları tərəfindən 29 yaşlı Orxan Cəmil oğlu Orucov tutularaq istintaqa təhvil verilib.

 

Paylaş: