Bz. Sen 22nd, 2019

Yunanıstandan Türkiyəyə TƏHDİD: “Onlara Osmanlı imperatorluğunun çöküşünü xatırladacağıq!”

Yunanıstanın müdafiə naziri Panos Kammenos İrəvanda erməni həmkarı Vigen Sarkisyan ilə birgə mətbuat konfransı keçirib.

Turkustan.info xəbər verir ki, mətbuat konfransında çıxış edən müdafiə naziri Panos Kammenos Türkiyəni beynəlxalq hüquq normalarına riayət etməməkdə ittiham edib: “Türkiyə son zamanlar sərgilədiyi mövqeyi ilə Avropa dəyərlərindən getdikcə uzaqlaşdığını nümayiş etdirir. Biz isə tam əksinə, Türkiyənin Avropa dəyərlərinə, beynəlxalq hüquq və insan haqlarına hörmətlə yanaşdığını görmək istərdik. Ancaq prezident Rəcəb Tayyib Ərdoğanın son açıqlamaları və aldığı qərarlar Türkiyənin Avropa insan haqlarından, beynəlxalq hüquq və cəmiyyətdən sürətlə uzaqlaşdığını göstərir.

Yunan nazir onu da əlavə edib ki, Ərdoğanın bütün səyləri tarixi Osmanlı imperiyasını yenidən canlandırmaq xəyalları ilə bağlıdı: “Biz, Türkiyəni sülh münasibətlərinə səsləməyə davam edəcəyik. Amma eyni zamanda da Türk tarixinin bir çox tarixi anlarını, eləcə də Osmanlı imperiyasının süqutunu onlara xatırlatmaq məcburiyyətindəyik”.   /Publika.az/

Paylaş: