C. Noy 22nd, 2019

“Əjdaha yuvası”nda nələr aşkarlandı – FOTOLAR

Bir qrup alpinistin tapdığı “əjdaha yuvası” görənləri dəhşətə salıb.

Xarici KİV xəbər verir ki, alpinistlər dağlıq ərazidə dərin oyuğu gördükdə ora yaxınlaşıblar.

Bir saat ərzində növbə ilə oyuğa girən alpinistlər 250-300 metr dərinlikdə yeni keçidlər kəşf ediblər. Burada onlar yeraltı suyu çıxarmaq üçün artezian sistemi ilə qarşılaşıblar. Oyuğun yeraltı mədən olduğu anlaşılıb.

Çürümüş nərdivanla geri qayıdan alpinistlər hər hansı bir qəza ilə qarşılaşmayıblar.

“Əjdaha yuvası”nı fəth edən alpinitlər sosial mediyada ərazinin təhlükəli olduğu bildiriblər.

/teleqraf.com/

Paylaş: