C. Noy 22nd, 2019

ADAU-da Antiplagiat İnternet-Sistemi tətbiq olunur

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aparılan işlərin mühüm istiqamətlərindən biri də hazırlanan tədris vəsaitlərində plagiat hallarının aradan qaldırılmasıdır.  Bu məqsədlə, 2016-cı il iyulun 5-də ADAU ilə Plagiat.pl Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı arasında müqavilə imzalanmışdır. Sistem informasiya xidmətləri sahəsində işləyir və digər sənədlərində yer aldığı strikeplagiarism.com antiplagiat sistemi bazasında və internet-kontentlə çalışan məlumat bazasındaki sənədlərin məzmununun muqayisəsinin aparılmasını həyata keçirir. Bu missiyaya qoşulmaqda əsas məqsəd intellektual mülkiyyətin qorunması və akademik düzgünlüyün optimal standartların təbliğidir. Sistem iki oxşarlıq əmsalından (1-ci oxşarlıq əmsalı və 2-ci oxşarlıq əmsalı) ibarət olan antiplagiat yoxlanışlarının nəticələrini təqdim edir. Yoxlama nəticəsində 1-ci oxşarlıq əmsalı 50%-dən (hər 5 sözün uyğunluğuna görə), 2-ci oxşarlıq əmsalı isə 5%-dən (hər 25 sözün uyğunluğuna görə) çox olmadığı halda sənəd plagiat sayılmır.

Bağlanan müqaviləyə əsasən StrikePlagiarism.com veb-sayıtının Antiplagiat İnternet-Sistemi vasitəsilə universitetin kafedralarında diplom işlərinin, magistr və doktorluq dissertasiyalarının, həmçinin məqalələrin, monoqrafiyaların, dərsliklərin, dərs vəsaitlərinin və digər sənədlərin yoxlanması üçün sistem administratoru, sistem operatorları və nəticələrin oxşarlıq hesabatını təhlili edərək orijinallığı qiymətləndirən komissiya yaradılmışdır. Antiplagiat İnternet-Sistemi vasitəsi yoxlanılan sənədlərin məlumatlar bazası formalaşdırılmış, saytın məlumatlar bazasına qoşulmaqla məlumatlar orada arxivləşdirilmiş, nəticələrin oxşarlıq hesabatı təhlili edərək orijinallığı qiymətləndirilmişdir. Antiplagiat İnternet-Sistemi vasitəsilə yoxlanılmış elmi-pedaqoji işlərin oxşarlıq əmsalları normadan çox olarsa, qiymətləndirmə komissiyası tərəfindən müvafiq qərar qəbul edilir. Sistem administratoru və operatoru kimi ADAU-nun Elm şöbəsi Antiplagiat İnternet-Sistemi vasitəsilə 2016-cı ildə 32, 2017-ci ildə 15, 2018-ci ildə isə hələlik 7 tədris vəsaiti yoxlanılmış və müvafiq çıxarışlar verilmişdir.

  12 iyul 2017-ci tarixində Azərbaycan Dövlət Aqrar Universiteti və Antiplagiat İnternet-Sistemi proqram təminatının əməkdaşları arasında yeni müqavilə imzalanmışdır.

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi “Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusunun verilməsi ilə bağlı tələblər”in 7 bənddən 6-sı “ali təhsil müəssisələri tərəfindən anti-plagiat sistemindən istifadə edilməsi” məsələsinə həsr edilmişdir. Qeyd olunanları nəzərə alaraq Elm şöbəsi Antiplagiat İnternet-Sistemi vasitəsilə elmi pedaqoji fəalliyətlə əlaqədar olaraq universitet əməkdaşlarının monoqrafiya,istanbul escort bayan proqram, dərslik, dəsr vəsaiti, məqalə və digər təqdim edilən işlərinin müəllifliyini və müstəqilliyini yoxlayır.

Paylaş: