C. Noy 22nd, 2019

“Bu, təsadüfidir, yoxsa nəyəsə hesablanıb?” – Amaşovdan ATƏT-in Media azadlıgı uzrə nümayəndəsinə etiraz

ATƏT-in Media azadlıgı uzrə nümayəndəsi Harlem Desir özünün twitter hesabında ötən gün Fransada azərbaycanlı Rahim Namazov və həyat yoldaşının güllələnməsi haqda bəyanat yayıb.

O hadisəyə belə reaksiya verib: “Muhacirətdə yaşayan Azərbaycan jurnalisti Rahim Namazova qarşı sui-qəsd cəhdi və onun həyat yoldaşının Kolmar şəhərində öldürülməsi məndə dərin hiddət hissi oyatmışdır. Bu amansız cinayəti törədənlərin və sifarişçilərin müəyyən edilib ədalətə cəlb edilməsi üçün hər şey edilməlidir”.

Turkustan.info xəbər verir ki, Harlem Desirin bəyanatına Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov şərh verib.

O deyib ki, hər şeyin nə vaxtsa aydınlaşacağına, cinayəti törədənlərin məsuliyyətə cəlb ediləcəyinə əmindir: “Bəs nə üçün ATƏT kimi məsul qurumun Media azadlığı üzrə nümayəndəsi olan bir şəxs tələskənlik edir, məhz indi – ölkəmizdə prezident seçkiləri ərəfəsindəki həssas məqamda jurnalistika ilə bağlılığı olmayan birinə qarşı torədilən sui-qəsdə bu sayaq önəm verir, onu mühacir jurnalist kimi təqdim edib baş verənlərdən dərin hiddət hissi keçirdiyini bildirir. Bu, təsadüfidirmi? Yoxsa nəyəsə hesablanıb? Kaş ki, təsadüf olaydı…”.   /Cebhe.info/

Paylaş: