C. Noy 22nd, 2019

Ekoloji MÜHARİBƏ: “Qərb bilərəkdən Azərbaycanda quraqlıq yaradır” – şok AÇIQLAMA

“Azərbaycanda qış aprelin 15-nə qədər davam edəcək”.

Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyib. O bildirib ki, mart dəli-dolu aydır.

“Bu ayda ağaclarda xırda yarpaqlar olmalı olsa da, hazırda Azərbaycanda bu nəzərə çarpmır. Çünki ölkəmizdə yaz gecikir. Bunun səbəbi isə, qlobal istiləşmə ilə yox, silahlardan istifadə olunması, dünyada gedən ekoloji müharibələrlə bağlıdır”-deyə ekoloq  qeyd edib.

Onun sözlərinə görə, Bakıda 40-45 ildən bir iqlim dəyişilir ki, bu da şimal küləklərindən asılıdır.

T.Zeynalov ABŞ-ın Rusiya ilə ekoloji müharibə apardığını və bunun Azərbaycana təsirlərinə də diqqət çəkib.

“Rusiya keçən il özünü dünyada taxıl istehsalında birinci yerdə olduğunu bəyan etdi. Qərb, Amerika isə Rusiyanı iqtisadi cəhətdən vurmaq üçün bu ölkəyə süni şəkildə qışı göndərdilər.

Bizə də quraqlıq göndərdilər. Baxın, qış vaxtı Azərbaycana nə qar yağdı, nə də düz-əməlli yaöış yağdı. Yəni bilirlər ki, biz qonşu kimi Rusiyaya köməklik edəcəyik.

Buna görə də, Amerika Rusiyaya dəhşətli, şaxtalı qış göndərib. Azərbaycanı da bu tərəfdən vururlar, quraqlıq göndərirlər ki, məhsulumuz Rusiya bazarlarına çıxa bilməsin. Baxın, qonşu Dağıstan qarın içində boğulur. Onla sərhəd olan rayonlarımıza isə qar yağır. Dağıstanda məhsulu məhv edirlər, bizdə də quraqlıq yaradaraq məhsula ziyan vururlar ki, biz onlara köməklik göstərə bilməyək”.

Paylaş: