C. Noy 22nd, 2019

Fransa PKK-ya silahlı yardım göndərəcək – Qərar verildi

Fransa hakimiyyət orqanları Suriyanın Menbiç bölgəsindəki kürd terrorçularına kömək məqsədilə qoşun göndərməyə qərar verib. 

Turkustan.info-nun məlumatına görə, bu barədə Fransanın “Parisien” qəzeti  PYD  terror təşkilatının bazasında yaradılmış Suriya Demokratik Qüvvələri adlandırılan silahlı təşkilata  istinadən açıqlama yayıb. Xəbərdə qeyd edilir ki, SDQ-nin üzvləri martın 29-da Fransa prezidenti Emmanuel makronla görüşüb. 

Nümayəndə heyətinin üzvləri bildirib ki, Beşinci Respublikanın rəhbərliyi  ən qısa müddətdə Menbiçə Fransa xüsusi təyinatlı silahlı qüvvələrini göndərmək istəyir. Ancaq həmin qoşunun sayı hələlik məlum deyil. Əməliyyatın ABŞ həbçiləri ilə koordinasiya edələcəyi  deyilir.   /Cebhe.info/

Paylaş: