C. Noy 22nd, 2019

Suraxanı rayonunda körpələr evinin zirzəmisində yaşayan məcburi köçkün, ikinci qrup əlil Mehriban Əliyevaya müraciət ünvanladı

Turkustan.info bildirir ki, Analoq.az-ın mail ünvanına məktub ünvanlayan, əslən Laçın rayonunun Qarakeçdi kəndindən olan,məcburi köçkün,ikinci qrup əlil,hazırda Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsində yerləşən 258 saylı körpələr evinin zirzəmisində məskunlaşan,Həsənzadə Azadə Hüseyin qızı Azərbaycan Respubilkasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.Analoq.az həmin müraciəti olduğu kimi təqdim edir:

Çox hörmətli Mehriban xanım, biz Laçın rayonundan qaçqın gələndən,düz 20 ildir Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 258 saylı körpələr evinin zirzəmisində məskunlaşmışıq. Olduqca çətin vəziyyətdə yaşayırıq.Dəfələrlə yaşadığımız şərait barəsində Qaçqınlar cəmiyyətnin Suraxan rayon şöbəsinə, aidiyyatı olan qrumlara müraciət eləməyimizə baxmayaraq bizim şikayətlərimizə məhəl qoyulmayıb.

Ulu öndərimiz Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı bu gün də Cənab Prezidentimiz İlham Əliyevin və sizin tərəfinizdən uğurla davam etdirlir.

Hörmətli Mehriban xanım,üç azyaşlı övladımla yaşadığım zirzəmidə rütubət və havasızlıqdan çox əziyyət çəkirik.Övladlarım artıq allerigiya xəstəliyinə tutulublar.Bu məktubu sizə ünvanlamaqla,Uca Allahdan və sizdən kömək istəyirik.

Övladlarımı və ailəmizi bu rutubətdən qurtarın.Özüm onsuz da xəstəyəm.Heç olmasa balalarım sağlam olsunlar.

Əlaqə
070 341 03 41
  • Suraxanı rayonunda körpələr evinin zirzəmisində yaşayan məcburi köçkün, ikinci qrup əlil Mehriban Əliyevaya müraciət ünvanladı

Paylaş: