Şb. Okt 19th, 2019

Bu fırça ərinizin başqa qadınla öpüşdüyünü təyin edəcək – Artıq satışdadır

Foreo şirkəti İccalexa yeni ağıllı diş fırçası istehsal edib.

Turkustan.info Medicina.az-a istinadən xəbər verir ki, fırça sahibinin ağız suyunu analiz edərək, onun əhvalını təyin edir və lazım gəldikdə səslərlə onu dəstəkləyir. İstehsalçılar əmindir ki, bu yenilik insanların psixiatrlara pul xərcləməsinin qarşısını alacaq. 
Bu fırça ilə dişlərin təmizlənməsi T – Sonik səs pulsasiyası ilə baş verir. Fırçaya quraşdırılmış emosional intellekt isə insanın ağız suyunu müayinə edərək, onunla ünsiyyət qurur. Fırçanın “sadiqlik detektoru” funksiyası da var. Qadjet tüpürcəyin analizi ilə partnyorunuzun başqası ilə öpüşüb-öpüşmədiyini də təyin edə biləcək. Həmçinin fırça diş təmizləməyin vaxtını da sahibinin yadına salacaq. 
Fırça USB ilə enerji yığır, qiyməti isə təxminən 400 dollardır. Hazırda fırçanı sifariş etmək mümkündür. 

Paylaş: