ABŞ ordusu Menbiçdən çəkildi – PKK şokda
Menbiçdə saxlanılan təxminən 2 minə yaxın ABŞ əsgərinin bir qismi ərazini tərk edərək Deyr əz-Zora çəkilib.
Bu barədə “İxlas” agentliyi məlumat yayıb.
ABŞ ordusunun bu addımı terror qruplaşmasında təşvişə səbəb olub. ABŞ ordusunun onları bu dəfə də tək buraxacağını düşünən PKK-PYD-nin Afrin sindromuna və ümidsizliğə qapıldığı qeyd olunub. /eurasiadiary.com/