05 Dekabr 2020 18:38

Bakıda toqquşma: içində sürücü olan maşın yanır… – Video

Bakı şəhəri, Binəqədi rayonunda, 20 Yanvar dairəsi yaxınlığında VAZ və “Mersedes” markalı iki minik avtomobili toqquşub.

Turkustan.info xəbər verir ki, toqquşma nəticəsində güclü yanğın baş verib. Yanğın zamanı sürücü VAZ markalı avtomobildən düşənə qədər ciddi yanıq xəsarətləri alıb.

Sürücü xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn yanğınsöndürmə briqadası yanğını söndürüb və digər avtomobil yanğından mühafizə olunub.

Yanğının sosial şəbəkədə yayılan videosunu təqdim edirik:   

/Axar.az/

Paylaş: