19 Oktyabr 2020 19:44

Dollar kreditləri: Hökumət məsuliyyəti üzərindən atdı

Nazirlər Kabineti xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması ilə bağlı vətəndaşları narahat edən məsələyə münasibətini açıqlayıb. “Banklar haqqında” Qanuna əsasən, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən, faiz dərəcələrini, komissiya haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödəniş şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir.

Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 2015-ci il 14 may tarixində Mülki Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair qərar qəbul edilib. Həmin qərara görə, əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlər bankların maliyyə imkanlarından asılı olaraq, həyata keçirilə bilər.

Beləliklə, kredit təşkilatları ilə müş

tərilər arasında münasibətlər qarşılıqlı qaydada razılaşdırılmış müqavilə ilə tənzimlənir.

Bu açıqlamanın borclu əhali üçün nə kimi xeyri ola bilər?

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, Nazirlər Kabinetinin verdiyi açıqlamada mövcud vəziyyəti dəyişəcək hər hansı bir parametr əks olunmur:

“Bu baxımdan hesab etmirəm ki, Nazirlər Kabinetinin açıqlaması əhəmiyyətli dəyişikliyə gətirib çıxaracaq. Sadəcə, bundan əvvəl dövlət qurumları, o cümlədən, Konstitusiya Məhkəməsi tərəfindən açıqlanmış fikirlərin yenidən gündəmə gətirilməsidir.Eyni zamanda, son dövrlərdə ictimai müzakirəsi daha da dərinləşən problemli kreditlər mövzusuna sanki bir cavabdır.Amma əslində bu gün çətin vəziyyətə düşmüş Azərbaycan xalqı və borclu sahibkarlar hökumətdən daha adekvat bir münasibət gözləyirdi.Xüsusilə, valyutada verilmiş kreditlər üçün devalvasiyadan sonra yaranmış problemin həlli istiqamətində hər hansı bir güzəşt mexanizminin təklif edilməsini.Amma çox təəssüf ki, proqnozlaşdırılıdığı kimi, bu, baş tutmur.

Dəfələrlə Azərbaycanda valyutada kreditin verilməsinin qanuna zidd olması barədə müzakirələr gedib.Kredit verən təşkilatlar kredit şərtlərini özləri vermir.Bu, bazarda tələb və təklif əsasında formalaşır.Əgər bazarda təklif çoxdursa, kredit faizləri aşağı düşür və bu zaman bankların şərtləri formalaşdırması üçün zəmin yaranır.Çox təəssüf ki, Azərbaycanda adətən, banklar üçün əlverişli şərait olurdu və bir sıra kredit müqavilələri onlar tərəfindən tərtib olunmuş şərtlər daxilində hazırlanırdı”.

İqtisadçı xatırladıb ki, 2015-ci ildən sonra banklar müəyyən güzəştlər təklif edirdilər:

“Bu gün əksər bankların faktiki maliyyə vəziyyəti, aktivlərin keyfiyyəti və kredit səviyyəsi çox acınacaqlı durumdadır. Nəticə olaraq artıq 12 bank bağlanıb və bir neçə bankın da bağlanma ehtimalı var. Belə bir şəraitdə bankdan daha çox güzəşt tələb etmək və banka dövlət tərəfindən diktə edilməsi doğru deyil. Nəzərə alsaq ki, banklar kommersiya qurumlardır, bu zaman ümumiyyətlə, dövlətin bu istiqamətdə hər hansı diktəsi qanunvericilikdə mümkün deyil.

Mövcud vəziyyətdən banklar özləri də çıxış yolu axtarırlar.Problemli kreditlərin həcmi sürətlə artır və aktivlərin keyfiyyəti pisləşir.Belə bir şəraitdə banklar çıxış yolu axtarır və mümkün qədər çalışırlar ki, müştərilərinə güzəştlər etsinlər ki, ölü toksik aktivlərin müəyyən qismini likvidləşdirə bilsinlər.Yəni, biznesdə, iqtisadiyyatda yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyəti olsun.Bu cəhdlər müşahidə olunurdu, bu günə qədər də baş tutub.Hesab edirəm ki, yenidən bununla bağlı təkrar hər hansı bir mövqeyin ortaya qoyulması doğru deyil.Bu gün bu istiqamətdə problemin həll olunması uzun çəkəcək.Bank sektorunun sağlamlaşdırılması günün əsas tələblərindəndir.Zamanında Azərbaycanda bank sektoru iqtisadiyyatın əsas sütunu, qan-damar sistemi hesab olunurdu.Nəzərə alsaq ki, ölkədə ilkin kapital prosesi gözlənildiyi kimi uğurlu alınmayıb.Belə şərtlər daxilində bankların iqtisadi əhəmiyyəti daha da artır.Kiçik və orta sahibkarlığın inkişafı, neft sektorundan asılılığın azaldılması tədbirləri və.s layihələrin, strategiyaların hazırlanması və həyata keçirilməsini müşahidə edirik.Amma bu proqramları, islahatları həyata keçirəcək maliyyə mənbəyi yoxdur.Banklar isə kreditləşməni dayandırıblar”.

Rəşad Həsənovun qənaətincə, sağlamlaşdırmanın əsas sütunlarından biri dövlət tərəfindən konkret mexanizmin hazırlanması yolu ilə güzəştlərin təşkilindən keçir:

“Qanunvericiliyə görə, Azərbaycan vətəndaşı və ya biznes subyekti dövlət qurumunun və yaxud idarəetmə orqanının qəbul etdiyi qərar nəticəsində hər hansı bir zərərlə üzləşirsə, bu zaman dəymiş zərər dövlət tərəfindən hansısa formada kompensasiya olunmalıdır. Amma çox təəssüf ki, Mərkəzi Bankın 2015-ci ildə qəbul etdiyi qərarlar nəticəsində Azərbaycan vətəndaşlarına və biznes subyektlərinə dəyən zərər heç bir halda dövlət məsuliyyəti siferasına daxil edilmədi.

Bu, düzgün yanaşma deyildi və hazırda bunun ağır nəticələri bank sektorunda, eləcə də ölkə ictimaiyyətində müşahidə olunmaqdadır. Bu problem dövlət tərəfindən güzəştlərin verilməsi, dövlət vəsaitləri hesabına dəymiş zərərin bir qisminin kompensasiya olunması hesabına müəyyən qədər yüngülləşdirilməlidir ki, proses təşviq olunsun. Bu zaman banklar da bu istiqamətdə səylərini daha da artırar, borclular da psixoloji gərginlikdən müəyyən qədər xilas olmalıdır ki, öz öhdəliklərini yerinə yetirməyə cəhd göstərsinlər”.   /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri