İran-İraq sərhədində zəlzələ – 38 yaralı
İran-İraq sərhədində 5.4 bal gücündə zəlzələ baş verib.
Turkustan.info xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında deyilib.
Yeraltı təkanlar Bağdad şəhərinin 170 kilometr şimal-şərqində baş verib. Zəlzələnin ocağı yerin 52 kilometr dərinliyində qeydə alınıb.
Həlak olan və ya xəsarət alanların olması barədə informasiya verilməyib. /Axar.az/