PKK-nın Afrindən çıxardığı sərvət: Milyonlar və qızıl…
Terrorçular Afrin əhalisinin 50 illik gəlirini oğurlayıb.
Turkustan.info xəbər verir ki, bu sözləri Afrin Qurtuluş Şurasının sözçüsü Həsən Şindi deyib.
“PKK Afrini 7 ildir yağmalayır. Afrindən qaçarkən xalqdan qəsb etdikləri milyonlarla dollar pul və qızılı iki TIR və bir yük maşınına yükləyərək bölgədən apardılar”, – Şindi bildirib.
Xatırladaq ki, Türkiyə yanvarın 20-də Afrin istiqamətində “Zeytun budağı” əməliyyatını başlatmışdı. /Axar.az /