Bz. Avq 25th, 2019

3 müəssisə nazirlikdən alındı, BNA-ya verildi – Prezident fərmanı

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Bakı Nəqliyyat Agentliyinin balansına verilən müəssisələrin adları açıqlanıb.
Turkustan.info xəbər verir ki, Prezident İlham Əliyevin Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərmanı ilə aşağıdakı müəssisələr BNA-nın tabeliyinə verilib.
1. “4 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC.
2. “Bakı Sərnişinservis Avtobus Parkı” MMC.
3. “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən qarajı.  /BakuPost/

Paylaş: