Bz. Avq 25th, 2019

Ağ Ev Trampın Putinə Vaşinqtonda görüş təklif etməsini təsdiqləyib

ABŞ prezidenti Donald Tramp martın 20-də rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi telefon danışığı zamanı aralarında mümkün görüşün baş tutmasını müzakirə edib.

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin sözçüsü Sara Sanders bildirib.

“Dövlət başçıları gələcəkdə Ağ Ev də daxil olmaqla bir sıra məkanlarda ikitərəfli görüşün keçirilməsini müzakirə ediblər. Hələ ki, bundan əlavə heç nə deyə bilmərik”, deyə S.Sanders qeyd edib.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, Tramp Putinlə telefon danışığı zamanı ona Vaşinqtonda görüş keçirməyi təklif edib.  

Paylaş: