22 Oktyabr 2020 19:58

“Dördgünlük müharibə”-Şəhidliyin Nurəddin Mirzəyev zirvəsi

Zaman keçir, illər ötür, fəsillər bir-birini əvəz edir.Tarix  öz axarı ilə davam edir. Bəzi hadisələri yaddışımızdan silir, unutdurur, ağrısı-acısı, yaxşısı-pisi ilə yadda qalanları isə öz səhifəsinə yazır, unudulmağa imkan vermir.

Azərbaycan öz tarixini özü yazmışdır. Hər sahədə, istər uğurları ilə, istər şəxsiyyətləri ilə, istər qanı ilə. Bu barədə illərlə yazılmış, tədris edilmişdir. Müstəqillik dövründən bu yana ən son hərb tariximizin yaddaşına həkk olan hadisələrdən biri “Dördgünlük müharibə” və yaxud “Aprel döyüşləri” adlanan şanlı döyüş oldu.  

Aprelin 1-dən 2-nə keçəm gecə Azərbaycan üçün dönüş nöqtəsi oldu.

Cəbhəboyu ərazilərdə ağır döyüşlər getdi, düşmənin bol-bol qanı axdı. Biz-həm ön, həm də arxa cəbhə olaraq, torpaqlarımızın azadlığı uğrunda mübarizədə bütövləşdik, yumruq olduq. Kiçikdən böyüyə kimi Cənubi Qafqazın ən güclü ordusunun arxasında dağ kimi dayandığımızı sübut etdik. Biz bunu bacardıq. Hektarlarla torpağımız, kəndlərimiz işğaldan azad olundu, düşmənin canlı qüvvəsini və texnikasını məhv etdik. Sonunda “Aprel döyüşləri” qələbə müjdəli döyüş kimi tarixə yazıldı. Bu tarixi isə şəhidlərimiz qanı ilə yazdı.

Şəhidlik ölümün ən şərəfli olanıdır. Hər insanın taleyinə şərəfli ölüm yazılmır. Hər insan şəhidlik zirvəsinə çatmır. Şəhidlik müqəddəs zirvədir.   Aprel döyüşlərində Azərbaycanın hər bölgəsindən qəhrəman oğullarımız şəhidlik zirvəsinə ucaldılar. Gözünü qırpmadan özünü ölümün qabağına atan igidlərdən biri Yardımlı rayon Honuba kənd sakini 20 yaşlı Nurəddin Mirzəyev oldu.

Ömrü qısa, ölümü şərəfli Nurəddinin həyat yoluna ailəsi ilə birlikdə səyahət etdik…

Nurəddin Etimad oğlu Mirzəyev 1996-cı il dekabrın 20-də Yardımlı rayon Honuba kəndində anadan olmuşdur. 2003-cü ildə Honuba kənd Ənvər Mirzəyev adına tam orta məktəbdə 1-ci sinfə getmiş, 2014-cü ildə həmin məktəbi bitirmişdir. 2015-ci ildə hərbi xidmətə yola düşmüş, üç ay Astarada “n” saylı hərbi hissədə qulluq etmişdir. Mart ayının sonunda Füzuli rayonunda “n” saylı hərbi hissəyə yollanmış, orada kəşfiyyat bölümündə snayper tağımında professional snayperçi kimi xidmət etmişdir. Nurəddinin son döyüşü 2016-cı il Aprelin 2-dən 3-nə keçən gecə Lələtəpə uğrunda gedən döyüş olmuşdur.

Nurəddinin atası Etimad Mirzəyevin oğlu haqqında  xatirələri… 

“Hər övladın valideyn üçün xatirələri unudulmazdır. Məsələn, uşaq vaxtının ayrı xatirələri, məktəb vaxtının ayrı xatirələri, necə böyüməyi və s. Nurəddin şəhid olandan bu günə qədər onun etdiyi hərəkərləri, danışdığı sözləri fikirləşirəm, hər gün yadıma ayrı-ayrı xatirələr düşür. Nurəddin çox ağır təbiətli idi, özünü hər zaman təmkinli aparırdı, məktəbdə də, kənd arasında da hörmətini qazanmışdı. Bir neçə dostlarından eşitdiyimə görə sentyabrda məzuniyyətə gələndə danışıbmış ki, mən hiss edirəm ki, şəhid olacam. Hiss edirəm ki, qayıtmayacam. Oğlumun döyüş yoldaşları ilə mütəmadi olaraq ünsiyyət qururam, şəhid ailələri ilə danışıram,  onlarla söhbətdə də görürəm, anlayıram ki, Aprel şəhidləri hamısı seçmə uşaqlar olmuşlar. 2016-cı ilin aprelini heç bir zaman unutmaram. Ayın 3-də kiçik oğlum Nəcməddini hərbi xidmətə yola salmaq üçün qonaqlıq təşkil edəcəkdik.

Qohum-əqrəba, qonum-qonşu, cavan uşaqlar hamısı qapımıza yığışmışdı. Ayın 2-dən cəbhədə vəziyyətin gərginləşdiyini bilirdik. Nurəddin ayın 1-i mənə son dəfə zəng eləmişdi, hal-əhval tutmuşdu. Daha sonra əmisi oğluna  çəkdirdiyi son şəklini atmış, onunla da sağollaşmışdı. Əlqərəz, Nəcməddinin qonaqlığına hazırlıq gedərkən, həyətdən uşaqların yavaş-yavaş uzaqlaşdığını görürdüm, axşama artıq həyətimiz boş qalmışdı. Kənd camaatı mənimlə danışarkən gözlərini qaçırdırdılar. Hamı özünü şübhəli aparırdı. Gecə saat 3-də qohumlardan zəng gəldi ki, Nurəddin yaralanıb, kəndə gəlir. Təbii ki, yaralı insan kəndə yox, hərbi qospitala getməli idi. Həmin an hiss etdim ki, mən artıq şəhid atasıyam. Özümü toparlayıb oğlumu qarşılamağa getdim”.  Son cümlədən sonra göz yaşlarını saxlaya bilməyən ata masadan qalxıb əlinə ağ, plasmas gül götürdü.

Həmin gülə baxa-baxa:  – Son zənglərinin təşkilatçısı Nurəddin idi. Hərəyə bir ədəd qırmızı gül almağımı demişdi mənə. Mən aldım, sayı çatmadığı üçün, biri ağ gül oldu. Nurəddin həmin bu gülü özünə saxlamışdı…

  •  
     

                 “Şəhidin ailəsinə göndərdiyi sonuncu fotosu”
  •  

                
    “Jurnalist Vəfa Orxan və şəhid Nurəddin Mirzəyevin ailəsi”

  • Vəfa Orxan

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri