25 Noyabr 2020 20:24

Ermənistanda 2 aprel qorxusu – Rus ordusu köməyə gəldi

Erməni KİV-ləri böyük köçün qarşısını almaq üçün var gücü ilə çalışır.

Rusiya müxtəlif yollarla Ermənistanda aprel döyüşlərindən sonra həddindən bədbinlənmiş ictimai əhvalı qaldırmaq üçün üçün addımlar atır.

Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, erməni KİV-ləri məhz bu gün Rusiya hərbçilərinin Ermənistanda geniş miqyaslı hərbi təlimlərə başladığını bildirirlər. “Sputnik Armeniya” portalı Alagöz dağında bir həftə çəkəcək təlimlərə mindən çox Rusiya hərbçisinin, 300-dən çox hərbi texnikanın qatıldığını bildirir. Həmçinin, “Sputnik Armeniya” Moskvanın öz strateji tərəfdaşı Ermənistanı silahlandırması barədə material dərc edib. 

Aprel döyüşlərinin ssenarisi

Aprel döyüşlərinin ssenarisi

Amma materiallarla tanış olduqda bunun sadəcə 2016-cı ildə baş vermiş aprel döyüşlərindən sonra Ermənistanda yaranmış təşviş və çaxnaşmanı aradan qaldırmaq niyyəti olduğu ortaya çıxır. Hər halda, Ermənistandakı Rusiya hərbi bazası mütəmadi olaraq Alagöz dağındakı poliqonlarda təlim keçirir. Ermənistanın silah idxalı üçün Rusiyadan aldığı 100 milyon dollarlıq ikinci kredit xətti isə Azərbaycanın  çox milyardlıq silah idxalı ilə müqayisə oluna bilməz. Həm də bu, krediğtdir və hazırda Ermənistanın 7 milyard dollarlıq xarici borcu var və bu, ümumi daxili məhsulun  (ÜDM) 60 faizinə bərabər təhlükə xəttini çoxdan keçib.

 Lakin erməni KİV-lərinin aprel döyüşlərindən sonra Ermənistandan güclənmiş köçün tempini bir qədər azaltmaq üçün başqa yolu yoxdur. 4 günlük döyüşlərdə Ermənistan ordusunun 320 nəfər itirməsi, hücum edən tərəf olmasına baxmayaraq Azərbaycan bundan 10 dəfə az itki vermişdi. Taktikaya görə, itkilər bunun tam tərsinə olmalıyıda və hücum edən Azərbaycan 10 dəfə çox itki verməli idi. Azərbaycan ordusunun yalnız ön cəbhədəki hissələri Ermənistan ordusunun bütün gücünə qarşı vuruşdu və qısa bir müddət ərzində 2000 hektar ərazi və 2 strateci yüksəklik ələ keçirdi.  

Təbii ki, bu, erməni xalqının Qarabağa aid olan ümidlərinə ciddi təsir göstərdi və xalq köçməyə üstünlük verdi. Erməni mənbələrinə görə, Serj Sarkisyanın bu ölkəyə rəhbərlik etdiyi 10 il ərzində Ermənistandan 380 min adam birdəfəlik köçüb ki, bunun 85 mini 2017-ci ilin payına düşür. Yəni aprel döyüşlərinin təsiri açıq aydın göz qabağındadır.        

Paylaş: