Bz. Avq 25th, 2019

Putin-Ərdoğan görüşünün gündəliyi AÇIQLANDI

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 3-4 aprel 2018-ci il tarixlərində Ankaraya səfər edəcək.

Turkustan.info TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti bildirib.

İki ölkənin liderilərin Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yeddinci iclasında iştirak edəcəklər.

“İclasda ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının inkişafının hazırkı vəziyyəti və perspektivləri, birgə strateji, xüsusi halda, energetika sahəsindəki layihələrin həyata keçirlməsi müzakirə olunacaq. Suriyadakı vəziyyət də daxil olmaqla, aktual regional və beynəlxalq mövzuların və terrorizmlə birgə mübarizə məsələlərinin müzakirəsi planlaşdırılır”, – xəbərdə deyilir.

Liderlərin videokonfrans formatında “Akkuyu” Atom Elektrik Stansiyasının birinci enerji blokunun tikintisinə start verəcəyi gözlənilir.

Bundan başqa, Türkiyə, Rusiya və İran prezidentlərinin ikinci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulub. Görüşün əsas mövzusu Suriya böhranının həlli olacaq.  /Publika.az/

Paylaş: