22 Oktyabr 2020 16:12

Putinin Ankara səfəri Bakının xeyrinə ola bilər

Son illərin hadisələri göstərir ki, Yaxın Şərq regionunda yeni alyanslar, qarşılıqlı əməkdaşlıqlar yaranır. İndi gördüyümüz kimi, Türkiyə və Rusiya arasında güclənmiş qarşılıqlı əməkdaşlıq müşahidə olunur.

Turkustan.info bildirir ki, keçmiş diplomat, politoloq Fikrət Sadıxov Putinin Ankara ziyarətini şərh edərək, fikirlərini Oxu.Az-la bölüşüb.

Onun sözlərinə görə, burada çoxlu sayda təmas nöqtələri var və əsasən, bu Qərbə münasibətə qarşı yönəldilib.

“Türkiyə son zamanlar Qərbin Ankaraya, Suriyaya qarşı siyasətinə, həmçinin kürd üsyançıları ilə mübarizəyə münasibətlərinə hədsiz dərəcədə neqativ yanaşır. Bu isə əlbəttə ki, onun Rusiya Federasiyası ilə daha da yaxınlaşmasına əsas verir”, – politoloq bildirib.

O qeyd edib ki, Putinin Ərdoğanla görüşündə, şübhəsiz ki, regiondakı siyasət – Yaxın Şərq mövzusu, Suriyadakı vəziyyət, terrorçuluqla mübarizə kimi məsələlər; Moskva və Ankara arasındakı qarşılıqlı münasibət artıq yeni mərhələyə çatıb, müxtəlif iqtisadi layihələr və əlbəttə ki, ümumilikdə geosiyasi atmosfer müzakirə olunacaq.

“Bu iki dövlətin liderlərinin Ermənistan-Azərbaycan konflikti ilə bağlı məsələni də müzakirə etmələri istisna edilmir”, – Sadıxov vurğulayıb.

Ekspert əmindir ki, Türkiyə ilə Rusiyanın məhz bu yaxınlığı Qarabağ münaqişəsinin həllinə təkan verə bilər.

“Putinin Türkiyəyə səfəri və bu ölkənin rəhbərliyi ilə görüşləri ümumilikdə, rəsmi Bakı üçün kifayət qədər müsbət amildir”, – deyərək politoloq fikrini yekunlaşdırıb.

Bundan əvvəl qeyd olunduğu kimi, Rusiya prezidenti Vladimir Putin 3-4 aprel tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.

Ankarada Rusiya lideri energetika sahəsində strateji layihələri, həmçinin Suriya da daxil olmaqla, beynəlxalq mövzuları müzakirə edəcək.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri