Rusiya Ermənistandakı ordusunu ayağa qaldırdı
Ermənistanda yerləşən rus hərbi bazasının şəxsi heyəti “Alaqyaz” poliqonunda keçirilən hərbi təlimlərə cəlb olunub.
Turkustan.info xəbər verir ki, bu barədə Rusiya ordusunun Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən informasiya yayılıb.
“İkitərəfli taktiki təlimlərə mindən çox hərbçi və 300 hərbi texnika, o cümlədən qırıcı, hərbi və pilotsuz aviasiya cəlb olunub”, – məlumatda deyilib.
Qeyd edək ki, bir həftə ərzində davam edəcək təlimlərə polkovnik Vladimir Yelkanov rəhbərlik edəcək. /Axar.az/