23 Oktyabr 2020 07:06

“Xarici ölkələrin birindən sığınacaq alıb Azərbaycanı tərk edəcəm” – Hafiz Hacıyev

“Dövlətçiliyimiz üçün o qədər əziyyətlər çəkirəm ki, amma sonda bunun faydasının olmadığını görəndə özümə nifrət edirəm. Bundan əlavə, millətimizin dərdinə şərik ola bilməyəndən sonra, həqiqətən də, özümə nifrət edirəm. Camaatın dövlətdən narazı qalmasını görəndə, düşünürəm ki, niyə biz millətimizə qarşı bu qədər ögeyik? Niyə biz biganəyik? Yaxşı, bəs, məmur təbəqəsi hara baxır? Bu baxımdan mən həyatımdan, özümdən narazıyam və həyatıma nifrət edirəm. Çünki, belə olmamalı idi. Azərbaycan vətəndaşı dövləti ilə, vətəni ilə daha da qürur duymalı idi. Çox təəssüf ki, bu gün bütün görüşlərdə xalqın ah-naləsini eşidəndə çox pis oluram”.

Turkustan.info bildirir ki, bunu İnterpress.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri, partiyadan prezidentliyə namizədliyi irəli sürülmüş Hafiz Hacıyev özünə nifrət etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

H.Hacıyev sosial şəbəkələrdə onun ruhdan düşməsi və intihar edəcəyi ilə bağlı fikirlər səsləndirən oxucularına cavab verib: “Yəni, biz çalışmalıyıq ki, dövlətimizi və dövlətçiliyimizi qorumalıyıq. Dövlət başçımızı qorumalıyıq. Nə qədər yalan danışmaq olar? Bu məmur təbəqəsi gör nə qədər xəyanət edir bu dövlətə. Ona görə mən narahatam və həyatıma nifrət edirəm. Yoxsa, pis və yaxud da yaxşı da olsa, həyatdır da yaşayırıq. Həyatımızın gəncliyini dövlətçiliyimiz üçün sərf etdik. İntihar etmək fikrim yoxdur, hələ ki, mübarizə aparıram. Öz fikirlərimlə, öz ideyalarımla xalqıma və millətimə kömək edə bilməyəcəyimi görsəm, hər halda, sonda nəsə fikirləşməli olacam. Mən xalqım, dövlətçiliyim və vətənim üçün həyatım qurban vermiş bir insanam. Özümə ona görə nifrət edirəm ki, dövlət başçısına xəyanət edənlərin hamısı hakimiyyətdədir. Rəhmətlik Heydər Əliyevə xəyanət edənlərin hamısı bu gün də onun oğluna xəyanət edirlər”.

“Dövlət də görsəm ki, məni qoruya bilmir, o zaman, xarici dövlətlərin birindən sığınacaq alıb Azərbaycanı tərk edəcəm”

Prezidentliyə namizəd bildirib ki, Azərbaycanı tərk edib, xarici ölkələrin birindən sığınacaq almağı fikirləşəcək: “Axşam da qardaşıma müraciət etdim ki, hər şeyi sizdən gizlədirlər. Xalq ayrı şeyi düşünür, siz ayrı şeyi düşünürsünüz. Ona görə də, hələ ki, özümü öldürmək fikrində deyiləm, mübarizədəyəm. Ölümə gedən yol da olsa, mübarizə aparıb dövlətimizi qoruyacam. Dövlət də görsəm ki, məni qoruya bilmir, o zaman, xarici dövlətlərin birindən sığınacaq alıb Azərbaycanı tərk edəcəm. Mənim özümə nifrət etməyimlə bağlı yayılan açıqlamama görə narahat olan bütün seçicilərimə və bütün oxuculara minnətdarlığımı bildirirəm. Onların hamısını bağrıma basıram. Mən onlardan ötrü həyatımı, gəncliyimi qurban vermişəm. Qalan ömrümü də millətim üçün sərf edəcəm. Hər halda, xalqa yardım etməkdən ötrü var gücümlə çalışıram. Əgər, sizin yanınızda etimadı doğrulda bilməsəm, hər halda Azərbaycanı tərk edəcəm”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri