Ça. Okt 22nd, 2019

Dəhşətli faktın üstü açıldı – Azərbaycanda təhlükəli siqaretlər istehsal edilir – VİDEO

Azərbaycanda təhlükəli saxta siqaretlər istehsal edilir.
Bu barədə “El bizim, sirr bizim” verilişinə qonaq kimi qatılan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.
O bildirib ki, may ayından Şəkidə təhlükəli siqaretlərin istehsalına başlanılıb:
“Biz sevinirdik ki, filtirsiz siqaret istehsal edən müəssislər bağlandı. May ayından isə Şəkidə bu təhlükəli siqaretlərin istehsalına başlanılıb. Xarici ölkələrdə ekspertiza keçirmişik, dövlət orqanları qarşısında məsələ qaldırmışıq. Rəsmi aldığmız cavaba görə, belə siqaretlərin satışı qadağandır”.
Birlik sədrinin sözlərinə görə, bu tütün məhsulunun tərkibindəki nikotinin miqdarı 67 faiz normadan çoxdur: “Lakin siqaretlərin topdan satışı hələ də davam edir. Valideynlər bizə deyir ki, uşaqlara 40 qəpik pul veririk, onlar gedib bu siqaretlərdən alırlar”.  /eurasiadiary.com/ 

Paylaş: