02 Dekabr 2020 19:37

Düşmənə böyük zərbə vurmuş xüsusi təyinatlılarımız MEK könüllüləri

Vikipediyada Aprel döyüşlərinin ildönümü münasibəti ilə məqalələr yaradıblar.
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Aprel döyüşlərinin ildönümü münasibəti ilə məqalələr yaradılıb. Azərbaycanca Vikipediyada yerləşdirilmiş məqalələr 2015-ci il əməliyyatlarında və 2016-cı il Aprel döyüşlərində fədakarlıq göstərmiş hərbçilərimizə həsr olunub. Məqalələrdə hərbi şücaətinə görə orden və mükafatlarla təltif edilmiş Azərbaycan ordusunun ehtiyatda olan hərbçiləri – polkovnik-leytenant Elşən Qarayev, kapitan Əliağa Zeynalov, xüsusi təyinatlılar Ülfət Həsənov və Eşqin Hüseynov, İlqar Babayev və Natiq Mehdiyev haqqında məlumatlar yerləşdirilib. Həmin məlumatlarla ətraflı şəkildə tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:
https://az.wikipedia.org/wiki/%C6%8Flia%C4%9Fa_Zeynalov#M%C3%BCkafatlar%C4%B1
https://az.wikipedia.org/wiki/El%C5%9F%C9%99n_Qarayev
https://az.wikipedia.org/wiki/%C4%B0lqar_Babayev#H%C9%99rbi_xidm%C9%99t_ill%C9%99ri
https://az.wikipedia.org/wiki/Natiq_Mehdiyev
https://az.wikipedia.org/wiki/%C3%9Clf%C9%99t_H%C9%99s%C9%99nov
https://az.wikipedia.org/wiki/E%C5%9Fqin_H%C3%BCseynov#M%C3%BCkafatlar%C4%B1
Qeyd edək ki, MEK Aprel döyüşlərində şəhid olan hərbiçilərimizin siyahısını, onlar haqqında məlumatları Azərbaycan Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edib. MEK eyni zamanda Azərbaycanın Milli Qəhrəmanlarının, Qarabağ döyüşlərində, Əfqanıstan müharibəsində həlak olmuş azərbaycanlıların siyahısını da MRY bazasına daxil edib. MRY layihəsi Azərbaycana aid informasiyanı idarə oluna və əlaqələndirilə bilən strateji resursa çevirmək, informasiya müharibəsində üstünlük qazandıran təsirli silah formalaşdırmaq məqsədilə reallaşdırılır. Məqsəd Azərbaycanın qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir.

Paylaş: