11 İyul 2020 19:21

İrəvandan növbəti ümidsiz Qarabağ açıqlaması

Ermənistanda Qarabağ savaşına Rusiyanın müdaxilə edə bilməyəcəyi ilə bağlı növbəti etiraf səsləndirilib.

Turkustan.info xəbər verir ki, bu dəfəki etirafın müəllifi Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan olub. İrəvanda jurnalistlərə açıqlama verən eks-nazir cəmiyyətdə Rusiyanın əsas söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rolunun yanlış qəbul edildiyini bildirib:

“Qarabağdakı situasiyaya KTMT-nin müdaxilə etmək səlahiyyəti yoxdur. KTMT yalnız ölkəyə birbaşa aqressiya olacağı və ya Ermənistandan sorğu daxil olacağı halda situasiyaya müdaxilə edilə bilər. Rusiya regionda gərginliyin artırılmasında maraqlı deyil”.

Moskvanın Azərbaycana silah satmasından danışan eks-nazir İrəvanın “İsgəndər”lərə görə Rusiyaya minnətdar olmalı olduğunu deyib:

“Balansdan danışanda söhbət təkcə saydan getmir. Rusiya silah satışından imtina etməyəcək. Bu ki uşaq bağçası deyil! Bu, strateji maraqlardır”.

Qeyd edək ki, bundan öncə Rusiyanın rəsmi nümayəndələri KTMT-nin Qarabağdakı konfliktə müdaxilə etmək haqqının olmadığını desələr də, Ermənistanın siyasi elitası bu açıqlama ilə barışmayıb.

KTMT hazırda 6 ölkədən ibarət təşkilatdır. Buraya Rusiya, Qazaxıstan, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistan daxildir.  /Axar.az/

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin