23 Oktyabr 2020 14:36

İsraildən Azərbaycana radikal Qarabağ çağırışı

Azərbaycan kəşfiyyatı üçün yeni vəzifə borcu

Xolokostun günahkarlarının əksəriyyəti cəzasını alsa da, Xocalı soyqırımını törədən Ermənistan rəhbərləri azadlıqdadırlar və onların heç biri cəza almayıblar.

Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, bunu Xocalı faciəsi barədə yazılmış “Ağrı” romanının müəllifi, israilli yazıçı Arye Qut Rusiyanın “Vestnik Kavkaza” portalına verdiyi müsahibədə bildirib.

Xocalı qaçqını olan azərbaycanlı qıza aşiq olmuş israilli gənc alimin əhvalatından bəhs edən romanda Xocalı soyqırımı bütün dəhşətləri ilə əks olunur. Arye Qut romanı yazan zaman atası Əmir Qutdan böyük mənəvi dəstək aldığını bildirir:

“İdeyalarımını loktomotiv atam olub, o, 40 ildən çox Azərbaycan televiziyasında aparıcı recissor işləyib. Dağlıq Qarabağ münaqişəsində baş verənləri o, öz gözləri ilə görüb, regionlara gedib”.

1992-ci il mart ayının ilk günlərində Xocalıda rusiyalı jurnalist Viktoriya İvleyeva tərəfindən çəkilən fotoşəkil - torpaqdakı meyitlər fonunda şəhərdə talançılıqla məşğul olan erməninin maşını

1992-ci il mart ayının ilk günlərində Xocalıda rusiyalı jurnalist Viktoriya İvleyeva tərəfindən çəkilən fotoşəkil – torpaqdakı meyitlər fonunda şəhərdə talançılıqla məşğul olan erməninin maşını

Arye Qut öz ailəsinin Xocalı soyqırımına bənzər bir dəhşət yaşadığını bildirir: “Bütün bunlar mənim ailəmin əhvalatıdır, faşistlərdən qaçmağa çalışaraq Kiyevdən Bakıya gedən son qatara minib Ukraynanı tərk etmiş yəhudilərin əhvalatıdır. Mənim babam 40 nəfər ailə üzvünü itirdi. Buna görə, Xolokost mənim üçün ağrıdır, öz faciəmdir. Xocalı faciəsi baş verəndə isə mənim 17 yaşım vardı”.

 İsrailli yazıçı bildirir ki, Xolokostun günahkarlarının hamısının cəzalandırıldığı kimi Xocalı faciəsinin də günahkarlarının hamısı layiqli cəzasını almalıdır və bu zaman heç də hər zaman beynəlxalq məhkəmənin qərarına ehtyiac yoxdur:

“Xolokostun günahkarlarından Nürenberq məhkəməsi tərəfindən mühakimə olunmayanları İsrail kəşfiyyatının sayəsində cəzasını aldı”.

Yəni Arye Qut Azərbaycanı da bu cür effektiv addımlara səsləyib. Bəlkə də milli müstəvidə bu cür dost məsləhətlərinə qulaq asmağa dəyər. 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri