Ça. Okt 22nd, 2019

Sənan Nəcəfov uğur hekayəsini danışıb – Video

Aprelin 4-də Bakı Mühəndislik Universitetində Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı komitəsinin birgə təşkilatçılığı ilə bir çox uğurlu layihələrə imza atan tanınmış təlimçi Sənan Nəcəfovun iştirakı ilə “Mənim uğur yolum” adlı seminar keçirilib. 
Öncə seminarda Sənan Nəcəfov özünü təqdim edərək həyat və uğur hekayəsini danışıb, gənclərin inkişafı, motivasiyası, karyera planlamaları və dünyagörüşlərinin artırılması kimi vacib mövzulara toxunaraq seminar iştirakçıları ilə öz təcrübələrini bölüşüb. Daha sonra tələbələrin istəyi ilə vaxtın idarə olunması və yaddaş texnikası mövzusuna toxunan Sənan Nəcəfov vaxtın necə idarə olunmasından və necə dəyərləndirilməli olduğundan bəhs edib.
Seminar Sənan Nəcəfovun tələbələrin suallarının cavablandırmağı ilə davam edib.

Paylaş: