22 Oktyabr 2020 11:12

Avropaya köçən bəzi azərbaycanlılar dinini dəyişir

Avropa ölkələrinə üz tutan mühacirlər arasında dinini dəyişənlər az deyil. Bu sırada azərbaycanlıların da olduğu deyilir. Bəziləri səmimi olaraq İslamdan imtina etsə də,  ancaq oturum almaq üçün bu cür  addım atanlar da var.

İsveçrədə mücirə həyatı yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli də bu haqda məlumat verib.

“Almaniya mətbuatı yazır ki, İsveçrəyə sığınan iranlı xristianlığı qəbul edib. Ancaq İsveçrə həmin şəxsi geriyə-İrana göndərmək istəyib. İranlı İnsan hüqüqları ilə bağlı Avropa Məhləməsinə müraciət edib və işi udub. Cünki İranda dinini dəyişən müsəlmanlara qanunla ölüm cəzası verilir…
İsveçrəyə, Avropanın digər ölkələrinə gələn mühacirlər arasında dinini dəyişənlər az deyil. Bu sırada soydaşlatımız da var. Bəziləri səmimi olaraq İslamdan imtina edir, ancaq oturum almaq üçün belə radikal addım atanlar da var”, deyə o bildirib…

“Mühacirlər dindən yararlanmağa çalışır”

Turkustan.info bildirir ki, miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Modern.az saytına həmin şəxslərin səmimi olaraq dinlərini dəyişdiklərinə inanmadığını bildirib:

“Söhbət xüsusilə də mühacirətdə olan və dinini dəyişən  soydaşlarımızdan gedir. Bizim də ara-sıra apardığımız müşahidələrdən, görüşlərdən  əldə etdiyimiz məlumatlar var. Buradan bəlli olur ki, Avropanın bir sıra dövlətlərində xüsusi bir tendensiya müşahidə olunur. Özəlliklə də xristian, katolik kilsələri tərəfindən. Onlar  öz ətrafında məhz mühacirətə üz tutanlardan ibarət toplum yaradıblar. Təbii ki, Avropa ölkələrində kilsənin rolunun böyük olduğunu  anlayırıq. İstər-istəməz dini etiqadlara görə təqib məsələsi qaçqın statusu almaq üçün istifadə olunan səbəblərdən biridir. Bunu da çox gözəl dərk edən bəzi mühacirlərimiz bu cəhddən istifadə edirlər və hətta qaçqın statusu almağa müvəffəq də olurlar. Söhbət yalnız qaçqın statusundan getmir. Xristian dövlətlərinin ictimai-siyasi mühitində kilsə xüsusi əhəmiyyətə malik olan bir qurumdur. Və onun ictimai-siyasi nüfuzu  kilsənin qanadları altında insanların sosiallaşmasına, həmin cəmiyyətə inteqrasiyanın daha sürətli  getməsinə imkan verir.  Kilsə ətrafı icmaların iş birliyi, kiçin həcmli bizneslərin qurulması göstərir ki, onun ətrafında çox spektrlı fəaliyyət var. Söhbət tək hansısa moizələrdən getmir. Kilsə xristian dövlətlərinin ictimai-siyasi həyatında əsas oyunçulardan biridir. Bunu bilən mühacirlər bundan yararlanmağa çalışırlar”.

“Burada səmimi dini etiqaddan söhbət gedə bilməz”

Ekspert qeyd edib ki, kilsə mühacirlərə dəstək olduğu halda onlara qaçqın statusu verilə bilər:

“Azərbaycanda dinini dəyişmiş hər hansı bir şəxs varsa, qeyri-müsəlmandırsa, buna görə o, təqib olunursa, bəlkə də onun sonrakı mərhələdə Avropaya müraciət etməsi üçün müəyyən ehtimallar ola bilər.  Amma Azərbaycan cəmiyyəti multikultural  cəmiyyətdir və burada  dinlərə hörmət var. Bəlli məsələdir ki, ölkəmizdə qadağan olunmuş dini cərəyanlar  mövcuddur. Buna üz tutan insanlar məhz bunu əsas götürərək sonradan Avropaya sığınmağa çalışır. Amma istənilən halda düşünürəm ki, bu, xarici ölkələrdə həmin şəxslərə qaçqın  statusunun verilməsi üçün o qədər də ciddi əsas deyil. Lakin bu, səbəblərdən biri kimi istifadə olunur. Azərbaycanda belə məsələlər özünü biruzə verən daxili problem deyil. Qeyd etdiyim kimi o dəyərlər bizdə qorunur.

Ancaq  şəxs hansısa Skandinaviya ölkəsinə gedir, katolik kilsəsinə üz tutur və dinini dəyişir. Bundan sonra dinini dəyişdiyi üçün Azərbaycana getməyə qorxduğunu bəyan edir. Təbii, kilsə buna dəstək olduğu halda o insana qaçqın statusu verilir. Bunun müqabilində kilsənin əlavə verdiyi öz dividentləri var ki, həmin insanlar bundan çox məharətlə yararlanır. Bunun başında yalnız şəxsi mənafelər durur. Bu baxımdan  hansısa səmimi dini etiqaddan söhbət gedə bilməz”.

“Bu,  saxtakarlığın ən çirkin təzahürüdür”

Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli  deyib ki, İslamda bu və ya digər səbəblərdən, hansısa mənfəət üçün dini dəyişmək çox böyük günah hesab olunur:

“Dinimizdə ən pis əməllərdən biri etiqadı alver vasitəsinə çevirməkdir. Maddi mənfəət və ya dünyavi məqsəd üçün dinini dəyişən insanlar Allah yanında günahkardırlar. Quran kitabında da bu əməli pisləyən ayələr çoxdur. Bu, bir növ saxtakarlıqdır və hətta saxtakarlığın ən çirkin təzahürüdür. Çünki insan öz dini etiqadını dünyəvi məqsədlərə vasitə edə bilməz. Belə olarsa, bu, Allah qatında da günahdır.

Dini dəyişmək həm də sağlam ağıl və məntiqlə də mənfi əməldir. Həyatda insan üçün müqəddəs olan anlayışlar var. Vətən, millət inanc və bu kimi müqəddəs amilləri nəyəsə görə satmaq yolverilməzdir”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri