21 Oktyabr 2020 00:00

Ərdoğan “bitdi” demişdi – ABŞ-dan Ankaraya SENSASİYALI TƏKLİF

Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksinin almaqdan imtina etdirməyə çalışan ABŞ-ın Ankaraya sürpriz bir təklif etdiyi ortaya çıxıb.

Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki,  ABŞ “Patriot” hava hücumundan müdafiə sisteminin Türkiyəyə satışı, birgə istehsalı və modernləşdirilməsini nəzərdə tutan “niyyət memorandumu”nun layihəsini Ankaraya təqdim edib.

Layihəni Ankaraya ötən həftə ABŞ Dövlət Departamentində hərbi və diplomatik əlaqələr departamentindən məsul səfir Tina Kaydanov gətirib. Tina Kaydanov “Ankaraya cəlbedici təklifi təqdim edəcəyəm” söyləmiş, lakin təklifin detalları barədə məlumat verməmişdi. Təklifin detallarını isə ABŞ Dövlət Departamentinin adı açıqlanmayan rəsmilərindən biri açıqlayıb.

Türkiyənin təklifə hansı cavab verdiyi barədə detallı informasiya olmasa da, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 3-də Ankaraya səfər edən rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra verdiyi bəyanat amerikalı diplomatın əliboş yola salındığını göstərir.

Ərdoğan S-400 məsələsinin artıq bitdiyini, komplekslərin planlaşdırılan vaxtdan daha tez təhvil alına biləcəyini və buna Rusiyanın müsbət baxdığını dilə gətirmişdi.

Putin isə bildirdi ki, Türkiyəyə S-400-lərin verilməsi Moskva və Ankara arasında hərbi əməkdaşlığın prioritetidir.

Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısında aparılan müzakirələr isə müsbət nəticə verib. Tərəflər komplekslərin 2019-cu ilin iyulunda Türkiyəyə çatdırılması barədə razılaşıblar.

Qeyd edək ki, ümumi dəyəri 2,5 milyard avro olan 4 diviziya “S-400” kompleksinin 2020-ci ilin martında təvil verilməsi planlaşdırılırdı.

ABŞ-da isə hesab edirlər ki, Türkiyənin Rusiyadan S-400 kompleksləri almasını “Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət haqqında” (CAATSA) qanununun pozuntudur. Vaşinqton bu qanun çərçivəsində Türkiyəyə qarşı sanksiyaların tətbiqini istisna etmirlər.  /Publika.az/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri