Ç. Noy 20th, 2019

Aprelin 12-də ilin ən güclü təlatümü olacaq və… – Azərbaycanlı ALİM AÇIQLADI

Biz Günəşdəki dəyişiklikləri NASA-nın saytından izləyə bilirik. Müşahidələrimizə görə, hazırda Günəşdə vəziyyət stabildir. Aprelin 12-də zəif həyəcanlaşma gözlənilir, həmin günlərdə vəziyyət qırmızı xətlə göstərilir.

Turkustan.info bildirir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından direktoru Namiq Cəlilov Publika.az-a aprel ayında Günəşdə güclü qasırğaların olacağı xəbərlərini şərh edərkən deyib.

N.Cəlilovun sözlərinə görə, həmin gündə həyəcanlaşma insanların hiss edəcəyi şkalanın aşağı səviyyəsindədir:

“Mayın 11-15-də də zəif həyəcanlaşma da müşahidə ediləcək. Lakin narahatlığa əsas yoxdur. Çünki maqnit qasırğalarının gücü G1-G5 arasında dəyişir. Meteohəssas insanlar, adətən, G4-G5 səviyyələrində səhhətlərində narahatlıq hiss edirlər. Aprel ərzində, hətta ayın 12-də belə səviyyə G1-dən də aşağı olacaq. Proqnoz yaxın vaxt üçün olduğundan hazırkı vəziyyətə inanmaq olar. Mayın 3-nə qədər isə zəif maqnit qasırğası müşahidə ediləcək. Günəşdən plazma axını və onun təlatümləri hər zaman olur. Lakin əlavə atılmalar olanda Yerə dəyən zərbələr 1 gün ərzində daha çox olur, biz də onu hiss edirik. İndi Günəşdə tam sakit dövr olduğundan o cür atılmalar yoxdur. Axınlar Yerin maqnit sahəsini silkələyir, o da zəif qasırğalara səbəb olur ki, insanlar onu hiss etmir. Ümumiyyətlə, aprel, may ayı ərzində zəif təlatümlər olacaq, zəiflər içərisində ən güclüsü aprelin 12-də olacaq”.

Direktor indi Günəşdə sakitlik olsa da, sonrakı günlərdə aktivliyin artmasının mümkünlüyünə də aydınlıq gətirdi:

“Günəşin bütün dalğa uzunluqlarında, həm görünən oblast, həm də qısa dalğa uzunluqları oblastı birbaşa internetə qoyulur. Günəşin diskində maqnit sahəsi ilə bağlı aktivlik yoxdur. Aktivlik yoxdursa, alışmalar yoxdur. Alışma olmadığına görə güclü maqnit qasırğasının olacağı barədə yazılanlar doğru deyil. Hazırkı müşahidələr əsasında ən azından 7-8 gün öncədən ola biləcək təlatümlər barədə dəqiq fikir demək mümkündür. Hazırda vəziyyət tam sakitdir”.

Qeyd edək ki, Rusiya mətbuatında yer alan məqaləyə görə, aprel ayının ortalarında Yer kürəsində güclü manit qasırğası müşahidə ediləcək. Arelin 11-i, 13-ü və 19-da geomaqnit həyəcanlaşma, 12 apreldə isə güclü geomaqnit qasırğasının olacağı barədə proqnoz verilib. Məlumata görə, qasırğa xroniki xəstəliklərdən əziyyət çəkənlərə təsir edəcək.

Paylaş: