C. Noy 22nd, 2019

Dünya üçün ən böyük TƏHLÜKƏ açıqlandı

Dünya iqtisadiyyatı üçün ən böyük təhlükə açıqlanıb. 

Turkustan.info xəbər verir ki, ekspertlər bu təhlükənin Çin və ABŞ arasındakı ticarət savaşı olduğuna dair ortaq fikirdədirlər.

Bu barədə CNBC telekanalı Amerikanın investisiya bankı olan “JP Morgan Chase International”ın İdarə Heyətinin sədri Ceykob Frenkelə istinadən xəbər yayıb.

“Biz 1931-ci il böhranını xatırlamalıyıq. Amerikada işçi yerlərinin qorunmasına çalışmağın nəticəsində böyük depressiya yaşandı. Biz bu cür nəticələrdən qaçmalıyıq”,- deyə o vurğulayıb.

Bankirin fikrincə, dünya indi o qədər bir-birinə bağlıdır ki, ayır-ayrı ölkələr bir-birinə “atəş açmaqdan” çəkinməlidir. 

Xatırladaq ki, iki ölkə arasında iqtisadi vəziyyət 3 apreldən etibarən daha da gərginləşib. Prezident Donald Tramp Çindən gələn mallara yeni tariflərin tətbiqini vacib hesab edir.    /cebhe.info/

Paylaş: