C. Sen 20th, 2019

Əsəd sazişi pozdu: ordu hücuma keçdi

Suriya ordusu Şərqi Qutanın Duma şəhərində Ceyş əl-İslam qruplaşmasına qarşı hərbi əməliyyata başlayıb.

Turkustan.info xəbər verir ki, SANA agentliyi əməliyyatın başlanmasına səbəbin paytaxt Dəməşq ətrafındakı rayonların qruplaşma tərəfindən raket atəşinə məruz qalması olduğunu yazıb. Qruplaşmanın bir müddət əvvəl əldə edilən razılaşmanın şərtlərinə əməl etmədiyi və girov götürülən insanları buraxmadığı vurğulanıb.

Qeyd edək ki, bundan öncə qruplaşma ilə Əsəd rejimi arasında razılaşma Rusiyanın vasitəçiliyi ilə əldə edilmişdi.  /Axar.az/

Paylaş: