24 Oktyabr 2020 15:49

Avropa ikinci cəbhə açır: Türkiyəyə qarşı 7 min hərbçi göndərilir

Yunanıstanın milli müdafiə naziri Panos Kammenos bəyan edib ki, Türkiyə ilə sərhəddə nəzarət gücləndirilib. Egey dənizində, Evros rayonunda yerləşən adalara 7 min hərbi qulluqçu göndərilib.

Nazirin sözlərinə əsasən, bu qərar Türkiyə ilə münasibətlərin pisləşməsindən sonra qəbul olunub:“Hazırkı vəziyyəti nəzərə alaraq, biz Egey dənizinə və Evrosa hərbçilər göndəririk. Yaxın günlərdə adalara 3,5 min nəfər göndəriləcək, daha 3,5 min nəfər isə Evros adasına yola salınacaq”, – Kammenos İkari adasında hərbi qulluqçularla görüşü zamanı belə deyib. O qeyd edib ki, Yunanıstan istənilən təhdidə cavab verməyə hazırdır: “Biz öz gücümüzə inanırıq və kənardan heç kimdən kömək gözləmirik”. 

Siyasi müşahidəçilərin fikrincə, Yunanıstanın Türkiyəyə hərbi təzyiqlərinin artması təsadüfi deyil. Rəsmi Ankaranın Suriyadakı siyasəti ilə barışmayan ABŞ və Avropa Birliyi Yunanıstanın vasitəsilə Türkiyəyə əlavə təzyiq edir. Qərb Afrində “Zeytun budağı” əməliyyatının qarşısını ala bilmədi. Türkiyə Şimali Suriyada kürd terrorçularına qarşı hərbi əməliyyatları davam etdirməkdə israrlı görünür. Aprelin 4-də isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada Vladimir Putin və Həsən Ruhani ilə keçirdiyi zirvə görüşündə Suriyada anti-terror əməliyyatları ilə bağlı həm Rusiyanın, həm də İranın dəstəyini alması görünür, Qərbdə isti qarşılanmayıb. Ona görə də Ankara görüşündən dərhal sonra Yunanıstan ordusu Egey dənizində Türkiyəyə qarşı hərəkətə keçib.

Politoloq Fikrət Sadıqov Cebhe.info-ya bildirib ki, Türkiyə ilə Yunanıstan arasında ziddiyyətlər və bir sıra adalarla bağlı mübahisələr “soyuq müharibə” dövründən qalıb. Bu isə bəzi hallarda toqquşmalarla müşahidə olunub:

“Türkiyə indi bir tərəfdən Suriyada öz maraqlarını müdafiə edərək, öz sərhədlərini qorumaq məqsədilə kürd silahlı dəstələrinə qarşı mübarizə aparır. Digər tərəfdən, Türkiyənin xarici siyasətində Rusiya ilə açıq şəkildə yaxınlaşma müşahidə olunur. Bu da yalnız Avropa Birliyini deyil, NATO-nu da narahat edir. Çünki Türkiyə də Yunanıstan da NATO-nun üzvüdür. Ankaranın son siyasi addımları görünür, Qərbin və NATO-nun aparıcı dövlətlərində qıcıq yaradır. Bunu istisna etmək olmaz. Lakin çox güman ki, Türkiyə həmişəki kimi layiqli cavab verməyə hazır olacaq. Çünki belə hallarda Türkiyə həmişə öz maraqlarını müdafiə edib. Təəssüflər olsun ki, belə hallarda Türkiyəyə qarşı olanların arxasında müəyyən dövlətlərin, blokların maraqları dayanır. Mənə elə gəlir ki, belə bir ehtimalı danmaq olmaz”. 

Politoloq bildirib ki, Yunanıstanın davranışının arxasında dayanan ikinci səbəb Türkiyəyə qarşı ərazi iddiasıdır. Həmin iddia hələ 1974-cü ildə Kipr münaqişəsinin yarandığı dövrə gedib çıxır. Qeyd edilən qarşıdurma isə Kipr münaqişəsinin həllinə dair danışıqlar prosesini poza bilər: “Münaqişə tərəfləri bir neçə dəfə danışıqlar prosesini bərpa etmək istəsə də Türkiyəyə qarşı müəyyən bir tələb irəli sürməklə problem yaradıblar. Türkiyə isə bu şərtləri, tələbləri mexaniki şəkildə qəbul edə bilməz. Çünki Türkiyənin də maraqları var. Hər halda, Türkiyə dövləti Kiprdə yaşayan türklərin təhlükəsizliyinin təmin olunmasını istəyir ”.  /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri