26 Oktyabr 2020 19:59

“Günorta saat 1-də yuxudan dururlar və istəyirlər yaxşı yaşasınlar” – Hadi Rəcəbli

Milli Məclisin komitə sədri, deputat Hadi Rəcəbli ilə müsahibədən bir hissəni təqdim edirik:

-Hadı bəy, Leyla Məmmədzadə yazır ki, sizi heç narahat etmirmi, 200 manat maaşla necə dolanırlar?
– Leyla xanıma belə bir sual vermək istəyirəm. Azərbaycanda bütün adamlarmı 200 manat maaş alır? Axı Azərbaycanda hamı 200 manat maaş almır.
– Hadı bəy, təqaüdçülər 200 manata qədər təqaüd alırlar. Doğurdanmı, 200 manatla bir ay yaşamaq olar? Yəni yaşamaq anlayışı ancaq yemək alıb, bir paltarla keçinməkdirmi?
– İstehlak səbəti deyilən bir məfhum var. Biz hər il minimum istehlak səbəti və yaşayış minimumu rəqəmini təsdiq edirik. Bu, dünya ölkələrində fərqlidir.
Populyarlıq üçün mən də deməliyəm ki, maaşlar 22 dəfə qalxmalıdır. Yəni belə-belə şeylər deyəndə populyar olur. Amma bir əsaslandırma verəndə, onu nəyləsə uyğunlaşdırmaq istəyi olanda onu bəzən qəbul etmək istəmirlər.

– Söhbət təkcə təhsilsiz insanlardan getmir, əslində həkimlərin, tibb bacılarının da maaşı çox aşagıdır. Söhbət dövlət müəssisələrində işləyənlərdən gedir.
– Bunu biz də səsləndiririk, öz çıxışlarımızda bunu demişik. İndi mən bəzi rəqəmlər gətirəcəm, qoy bu sizdə və cəmiyyətdə ajiotaj yaratmasın.
Təsəvvür edin ki, Azərbaycan səhiyyəsində həkimlərin hardasa 40 faizə qədəri 0,25 ştat və aşağı ştatdadırlar.
Tibb xidmətində, sanitar xidmətində çalışanlar, tibb bacıları tələb olunandan iki dəfə çoxdur. Bu gün bu qrup insanları ixtisar etmək olmur.
– Yəni kadr tələbatdan daha çoxdur və maaşların aşağı olmasını bununla əsaslandırırsınız. Onda nəyə görə hər il ali məktəblərə qəbul planında….
– Ona görə belədir…seçimdir. Həkimliyi bitirib, hökm deyil, gedib hardasa işləsin, qız uşaqları evlərində balalarına, ailələrinə də baxa bilərlər.
-Hadı bəy, yəni 7-8 il ali təhsil alıb evdə oturmağımı təklif edirsiniz?
– Niyə Avropada bu, tənzimlənmir? Açıqdır, bazar iqtisadiyyatıdır, gəlirlər, oxuyurlar. Nə qədər adam təhsil alır.
– Orada dövlət müəssisələrində tibb bacılarının, ümumiyyətlə həkimlərin əmək haqqları çox yüksəkdir.
– Orada da azdır, orda seçim var. Orda ən yüksək ixtisaslı adamlar seçilirlər. Bu gün bizdə tibbi sığorta məsələsi gündəmə gəlib. Tibbi sığorta olanda yenə də, hansı ağıllı, savadlı həkimdir, çox adam ona müraciət edir.
Müqayisəmizin sonu nədir… Bizim prezidentimizin də, ölkəmizin də prioritet qoyduğu məsələ nədir?. Müəllimlərin əmək haqqında son 5 ildə iki dəfə artım olub, bu artım göz önündədir.
Həkimlərin maaşında da qismən artım var, amma bu, bizi də qane etmir. Mən bunu bərkdən deyirəm ki, hamısı eşitsin. Həkimlərin də əmək haqlarında artım gözlənir, tibbi sığorta institutu tam fəaliyyətə başlayandan sonra.
Düşünürəm ki, Tibbi Sığorta İnstitutu gələn ildən Azərbaycanda kütləvi fəaliyyətə başlayacaq. Və beləliklə, həkimlərin də əmək haqlarında hiss olunan dəyişikliklər olacaq.
Amma indi gəlin görək, həkimlərimizin özləriylə söhbət edəndə, siz belə şikayətə rast gəlməmisiniz. Niyə? Çünki savadlı həkimin, ağıllı həkimin axşamlar evinə də gedirlər..

Oxumağa dəyər: General: “Aprel döyüşlərində bütün yaralılar xilas edilib”
Hadı Rəcəbli: “Heç kim demir ki, əmək haqları yüksəkdir, əmək haqları bəs edir….Amma bir həqiqət də var ki, yaxşı həkim, yaxşı müəllim yaxşı dolanır.”
– Sizcə, həkim axşam evində istirahət etməli deyilmi?
– Çox pul qazananda az istirahət edirlər. Sizin auditoriya, bəzən müraciət edənlər o adamlardır ki, günorta saat 1-də yuxudan dururlar və gözləyirlər ki, yaxşı yaşasınlar.
Fikirlərimi yekunlaşdırım. Heç kim demir ki, əmək haqları yüksəkdir, əmək haqları bəs edir. Biz də deyirik ki, bu sahədə, iki qurumla bağlı zaman-zaman əmək haqları artmalıdır.
Bu sahədə ardıcıl iş aparılır. Amma bir həqiqət də var ki, yaxşı həkim, yaxşı müəllim yaxşı dolanır.
– Hadı bəy, bir həkim yazıb bizə, Misəddiq Əliyev. Deyir ki, siz həkimin aldığı maaşı alsaydınız və hər gün xəstələrə görə gərginlik yaşasaydınız nə edərdiniz? Deyirsiniz, yaxşı həkimin evinə gecə də gedərlər. Həkim xəstənin əlinə, cibinə baxmalıdırmı? Bu həkim üçün təhqir deyilmi?
– Bu fikirlə tamamilə razı deyiləm. Bütün dünyada həkim mütləq ona ödənilən vəsaiti alır. Büdcədən maliyyələşəndə də, tibbi sığortadan maliyyələşəndə də həkimin cibinə vəsait gedir, fərdi qaydada baxılır.
Bəs onda necə olur? Dövlət onda hamısına standart 6 min manat maaş versəydi, onda yaxşı həkimlə pis həkim necə seçilərdi.
– Hadı bəy, fərdi baxırsa, vergi ödəməlidir. Onda özəl sahibkar olurlar. Amma xəstəxanada, dövlətdə işləyən həkim …
– Orda da maaşına görə həkim vergi ödəyir. Burada başqa şey var. Mənim Misəddiq həkimə məsləhətim nədir. Mənim qızım da göz həkimidir. Özəl klinikalardan birində çalışır və bu həyatı yaşayır. Əmək haqqı zaman-zaman artmalıdır.
Əvvəlki illərdə bir az da aşağı idi. Mən də onunla razıyam ki, bu əmək haqqı elə də yüksək deyil.
Bir misal gətirim, Mingəçevirdə tibbi sığortanı tətbiq etməyə başlayanda, səhiyyə şöbəsinin labaratoriyası ilə maraqlanıblar ki, neçə adam var. 62 nəfər labatoriyada işləyirmiş. Sən demə orda 9 nəfər işçiyə ehtiyac varmış.
İndi 62 nəfər gedib, yerinə 9 nəfər qalanda, 62 nəfərin maaşını 9 nəfərə böləndə maaş yüksək olacaq.
– Tural Muradoğlu yazır ki, hazırkı təqaüd ilə Hadı Rəcəbli bir ay yaşaya bilərmi?
– Hadı Rəcəbliyə bu sualları tez-tez verirlər, yaşaya bilərmi-bilməzmi deyə.
Hadı Rəcəbli daha az maaşla yaşayıb, bugünkü günə gəlib çıxıb. Daha az maaş alıb, daha çox çətinlik görüb, evsizlik də görüb, kasıbçılıq da görüb.
Dövlətimizin, bizim siyasətimizin mahiyyətində insanlarımızın güzəranının daha da yaxşılaşdırılması durur. Bunun üçün büdcə imkanlarında, vergi siyasətində də problemlər ola bilər , sığorta sistemində də problem var. Məsələn, Tural bilmir ki, bu gün Sosial Müdafiə Fondunun yığdığı vəsait təqaüdü ödəməyə çatmır. Dövlətdə 1 milyard, təxminən 200 milyon dotasiya gedir.

Oxumağa dəyər: Bakı Metropoliteninə məxsus mikroavtobus qəzaya uğradı
– Azərbaycanda sahibkarlığın o gücü yoxdurmu ki, dövlət dotasiyasına ehtiyac olmasın?
– Bu gün vergiyə cəlb edilməyənlər də var, sığortaya cəlb edilməyənlər də var. Şadlıq evləri və tikintilər var ki, işçiləri işlədir, amma qeydə almır.
Bunlar da var və bunlara qarşı mübarizə aparılır. Onda biz görəcəyik ki, sığorta fonduna vəsaiti artıracayıq, ondan sonra sığorta hesabında təqaüdlərin miqdarı arta bilər.
– İslam İslamzadə yazır ki, mən 3 idlir açılmış 1,9 milyon iş yerindən birində iş tapa bilmirəm.
– O gəlsin, ona iş təklif edim. Bilirsiniz, niyə tapa bilmir? Məni düz başa düşün.
Bir misal çəkim: Lənkəranda mənə valideyn müraciət edib. Deyir ki, 1 milyon 900 min iş yerindən birini tapa bilmirəm. Soruşuram ki, sənin uşağın haranı qurtarıb. Deyir ki, 8-ci sinifi qurtarıb. Deyirəm ki, ay anam-bacım, evinizdə inək var, kim təmizləyir onun altını? Deyir, oğlum. Deyirəm ki, heyvandarlıq fermasında bir yer var, ikinizə 500 manat pul verirlər gedin, işləyin. Qadın mənə “Ayıb deyil Hadı müəllim, sizin üçün? Siz mənə dediniz oğlum gedib fermada işləsin? Mənim oğlum fermada işləsin?”. Buyurun.
Mentalitet var bəzən. Mən bunu ümimiləşdirmirəm.
– Bəzən ali təhsilli insanlar da iş tapmaqda çətinlik çəkirlər.
– Ali təhsilli də ixtisasını dəyişə bilər, iş müsabiqələrində iştirak edə bilər. Biz daha çox iş yerləri yaratmalıyıq.
İldə 120 min təbii artım var. İldə 120 min 18 yaşına çatan cavan uşaq gəlib iş istəyir. Bu da problemdir.
Azərbaycanda bu gün əmək tutumlu iş yerlərinə kredit verilir. Turzimin inkişafı var, 4,4 dəfə Azərbaycanda turist gəlişi artıb.
Turizm, istirahət biznesi, kənd təsərrüfatı. Burada daha çox əmək tutumludur. Buna biz daha çox çalışırıq.   /azerbaycan24.com/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri