Şb. Sen 21st, 2019

Türk polisi öldürən azərbaycanlı mafioz məhkəmə qarşısında – VİDEO

Türkiyədə 4 il türk polis zabiti Hüseyn İmrağı öldürməkdə ittiham olunan Azərbaycan vətəndaşı Mahir Şükürov hadisənin baş verdiyi yerdə istintaq araşdırmasına cəlb edilib.

Turkustan.info “Sanalbasın” portalına istinadən xəbər verir ki, 41 yaşlı azərbaycanlı Mahir Şükürov Ədirnədə azərbaycanlı və rus mafiya üzvləri arasında baş vermiş silahlı qarşıdurmaya müdaxilə edən türk polisi, 33 yaşlı Hüseyn İmrağı ürəyindən vurularaq öldürməkdə günahlandırılır. 

2014-cü ildə Ədirnədə baş vermiş cinayətdə şübhəli bilinən, barəsində ömürlük həbs cəzası istənilən Mahir Şükürov polislərin müşayəti ilə həbsxanadan ötən gün aprelin 6-da qətl hadisəsinin baş verdiyi əraziyə gətirilib.

İttihamlarlarla razılaşmayan M.Şükürovun ifadəsinə görə, polisin həlak olduğu küçəyə gələndə iki nəfər onun qarşısına çıxaraq söyüş soyüb. Onlardan biri silahdan atəş açıb. M.Şükürov ”Mən geri çevrilib qaçdım”deməklə kifayətlənib: 

”Qarşıdırma zamanı qaçdım. 25-30 metr irəlidə qarşıma iki nəfər çıxdı. Onlardan birinin əlində silah vardı. Silahsız olan məni göstərib geri çəkildi. Əlində silah olan isə söyüş söyərək atəş açmağa başladı. Maşınım olmadığına görə geri çevrilib qaçdım. Onların arxamca gəldiklərini zənn edirdim. Yaxınlıqda məscid vardı, ora girdim, geri çevrilib baxdım, heç kim yox idi. Qapıda bir nəfərlə toqquşdum, yerə yıxıldım. Sonra taksiyə minib oradan uzaqlaşdım”. 

Prokuror  Mahir Şükürovun ömürlük azadlıqdan məhrum edilməsini tələb edib, hadisənin digər iştirakçıları Şaban Ərdoğana 2 ildən 5 ilə qədər həbs cəzası verilməsini istəyib. Həmçinin, təqsirləndirilənlərdən Dursun Gündüz, Şaban Ərdoğan, azərbaycanlı Namiq Umudov və Quara Əliyev ilə Rusiya vətəndaşı Ceyhun Əsgərov barəsində odlu silah gəzdirmə ittihamı ilə 1 ildən 3 ilə qədər həbs və 5 min lirə pul cəzası ilə cəzalandırılmasıyla bağlı qərar çıxarılmasını məhkəmədən tələb edib. Adları çəkilənlərlə birgə mühakimə olunan Tufan Alpay haqqında isə digər təqsirləndirilənlərin silahlarını saxlama ilə 6 aydan 5 ilə kimi həbs cəzası, qanunsuz silah saxlamasına görə isə 1 ildən 3 ilə qədər həbs və 5 min lirə pul cəzası ilə cəzalandırılmasını istəyib.

Paylaş: