22 Oktyabr 2020 13:21

“Türkiyə Azərbaycana kömək edərsə, biz nə edəcəyik?” – Ermənilər təlaş içində

Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması, bu günlərdə Ankaradan səslənmiş bəyanatlar erməni tərəfini ciddi narahat etməyə başlayıb. Buna erməni politoloqu Ayk Martirosyanın fikirləri şahidlik edir.

Turkustan.info erməni KİV-nə istinadən xəbər verir ki, politoloq Martirosyan prezident Ərdoğanın və Putinin Ankara görüşünü şərh edərkən maraqlı məqamlara toxunub. O, qeyd edib ki, bu görüş Rusiya-Türkiyə münasibətlərinin istiləşməsinə gətirib çıxarır.

“Bir halda ki, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması özünün maksimum həddinə çatır, bu, Ermənistanı təşvişə salmaya bilməz” – deyə o, bildirib.

Qarabağ münaqişəsinə toxunan politoloq, həmçinin qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması, Qarabağda toqquşma olacağı təqdirdə praktik olaraq Türkiyənin bilavasitə münaqişədə iştirakına gətirib çıxaracaq. Söhbət Rusiyanın buna etiraz etməməsindən gedir.

“Əlbəttə, münaqişədə Türkiyənin hərbi iştirakı açıq şəkildə olmayacaq, lakin bu dəstək dolayısı yolla olsa belə, bu, Ermənistan üçün ciddi problemdir və bu zaman Ermənistan nə ilə cavab verəcək?” – deyə o, narahatlığını gizlətməyib.  /Yenicag.az/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri