25 Oktyabr 2020 14:44

“İt dəftəri” ifadəsi haradan yaranıb? – Maraqlı səbəb

Adı “it dəftər”ində olanlar və olmayanlar

Müasir dövrdə hörmətsiz, heç kimin adamdan saymadığı insanlar haqqında “adı it dəftərində yoxdur” deyirlər. Görəsən, tarixdə ilk adı it dəftərində olmayanlar kimlər olub? Bəs bu it dəftəri ifadəsi haradan gəlir?

Turkustan.info “it dəftəri” anlayışının necə meydana gəldiyi barədə məlumat verir:

Bəzi mənbələrdə bu ifadənin Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycana gəlişi ilə əlaqələndirilir. 15 sentyabr 1918-ci ildə Bakı işğaldan azad edilib Xalq Cümhuriyyətinin paytaxtına çevrildikdən sonra  siyahı alma ilə bağlı qərar qəbul edilmişdi.

Burada təkcə əhali yox, mal-qara hətta həyətlərdə saxlanılan it-pişik də siyahıya alınırmış. Yəni, it dəftəri ifadəsinin ilk dəfə bu məqamda işlədildiyi düşünülür.

Ancaq başqa mənbələrə əsasən, bu anlayışın istifadəsi daha qədim tarixə gedib çıxır. Tarixçilər bu sözü Monqol hökmdarı Münke xanın 1254-cü ildə həyata keçirdiyi siyahıya alma ilə əlaqələndirir.

Münke xanın əmrinə görə, 15-60 yaş arası bütün iş qabiliyyətli kişilər siyahıya əlavə edilib və onlarda can vergisi tələb edilib. Bu siyahıda adı olan hər kəs vergi ödəməli olduğu üçün ona dərd dəftəri də deyiblər.

Orijinalda “Tat” dəftərləri adlanan bu siyahılar zaman keçdikcə onunla ahəngdarlıq təşkil edən və mənfi yükünü özündə daşıyan “it dəftəri” formasına  düşüb. Qadınların, qocaların və uşaqların adı isə bu dəftərdə qeyd edilməyib. Beləliklə, əmək qabiliyyətli olmayan, işçi qüvvəsi kimi istifadə edilə bilməyən, orduda iştirak etməyəcək insanlar “it dəftər”indən kənarda qalıblar. Beləcə “it dəftəri” və adı orada olmayanlar anlayışı formalaşıb.  /Minval.info/

 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri