22 Oktyabr 2020 22:53

Sarkisyan 5 rayonu Azərbaycana bu cür qaytaracaq?

Ermənilərin ən çox qorxduğu 8 gün.

Ermənistanın dördüncü prezidenti Armen Sarkisyanın bu gün baş tutan inaqurasiyası ilə Serj Sarkisyan və rəhbərlik etdiyi hökumət səlahiyyətlərini itirdi.

Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, beləliklə, Ermənistan aprelin 17-də yeni baş nazir seçilənə qədər icra hakimiyyətsiz qaldı. Yəni bu gündən aprelin 17-ə kimi Ermənistanda heç bir nazirin, o cümlədən müdafiə naziri Vigen Sarkisyanın heç bir səlayihyyəti yoxdur və bu dəqiqələrdən vəzifələrini itirmiş sayırlar. 

Parlamentdə təmsil olunan partiyalar aprelin 17-ə kimi baş nazir üçün öz namizədlərini müəyyən etməlidirlər. Aprelin 17-də parlamentdə baş nazir seçilməlidir və o, beş gün ərzində hökumətin gələcək üzvlərini səsvermə üçün təqdim edilməlidir. Yəni istər-istəməz Ermənistan 8 gün başsız və 13 gün hökumətsiz qalacaq.

Serj Sarkisyan vəzifəni Armen Sarkisyana təhvil verir

Serj Sarkisyan vəzifəni Armen Sarkisyana təhvil verir

Dördüncü prezidenti Armen Sarksiyanın isə qanunla həlledici qərarlar qəbul etməyə icazəsi yoxdur. O, hətta ekstremal hallarda Təhlükəsizlik Şurasının iclasını da çağıra bilməz, çünki şuranın üzvü deyil. Qanuna görə, bu gündən Təhlükəsizlik Şurasına baş nazir rəhbərlik edir.

Əslində, Armen Sarkisyan da bu günlərdə boş oturmur. Bəzi erməni ekspertlərin dediyi kimi, o, biznesmen bioqrafiyasına yeni bir səhifə açmaq üçün razılaşdığı Ermənistan prezidentliyi naminə müvəqqəti olaran Britaniya vətəndaşlığında da imtina edib. Həm də prezident administrasiyasında özünə yaxın adamları görmək istəyir ki, bu neçə ili rahatlıqla keçirə bilsin. Artıq o, Serj Sarkisyanın bir neçə adamını işdən çıxarıb, o cümlədən mətbuat katibi Vladimir Akopyan və dövlət başçısının baş müşaviri Aram Qaribyan işsiz qalıb.

Ermənistanın hərbi yolla Kazan danışıqlarına tabe edilməsi variantı

Ermənistanın hərbi yolla Kazan danışıqlarına tabe edilməsi variantı

Lakin erməniləri qorxudan bu məsələ deyil. Onları qorxudan əsas məsələ Ermənistandakı bu başsızlıq dövründə Qarabağda mühribənin başlamasıdır. Bu, Serj Sarkisyanın yenidən triumfla baş nazi kürsüsünə oturdulması demək olar. Hakim Respublika Partiyası “aşırımda atları dəyişmirlər” məntiqinə əsaslanaraq Serj Sarkisyanın yenidən baş nazir seçdirməyə nail olar.

Əslində, Azərbaycan ordusunun həmsin günlərdə Dağlıq Qarabağ ətrafınadı bəzi rayonları – məsələn, Füzuli, Cəbrayıl Zəngilən, Qubdalı və Kəlbəcər rayonlarını nəzarətə götürməsi Serj Sarkisyan üçün çox əlverişli variant olar.  O, özü vermədiyi və buna görə də ermənilər qarşısında torpaq verməyən prezident kimi qürrələnməyə imkan yaradan həmin variantda rayonların artıq Azərbaycanın əlində olmasını əsas götürərək Kazan variantı üzrə danışıqlara başlaya bilər. Bu isə Ermənistanın blokadadan və iqtisadi fəlakətdən xilas edilməsi olar ki, Sarkisyan ömrünün sonuna qədər hakimiyyətdə qalmaq şansı qazanar.   

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri