Şb. Sen 21st, 2019

Bəşər Əsəd ABŞ-la müharibə hazırlığına BAŞLADI

Suriyanın hökümət qüvvələrinə aid bəzi hərbi bazalar ABŞ-ın ehtimal edilən raket zərbələri ilə əlaqədar boşaldılır.

Turkustan.info xəbər verir ki, bu haqda Almaniyanın DPA informasiya agentliyi məlumat yayıb.

Amerika ordusunun sözcüsü polkovnik Patrik Rider hərbi variantın qəti şəkildə dəyərləndirildiyini deyib.

“Bu, qorxunc hadisənin işığında olduğumuz nöqtə budur: potensial hərbi variantlara baxırıq və onları prezident Donald Trampa təqdim edirik”, – o bildirib.

Gecə saatlarında ABŞ, Fransa ve İngiltərə arasında Suriyada atılacaq addımlarla bağlı müzakirələr aparılıb. Bu müzakirələr ehtimal edilən hücumu ABŞ-ın təkbaşına etməyəcəyini göstərir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyada 78 nəfərin kimyəvi silah hücumu nəticəsində həyatını itirməsindən sonra Dəməşqi təhdid edərək bu hücumun Bəşər Əsəd üçün baha başa gələcəyini söyləyib.

Dünən isə ABŞ prezidenti bildirib ki, hərbçilərlə görüşərək 24-48 saat içində böyük bir qərar verəcək.

“Suriyadakı qorxunc hücumu pisləyirəm. Hərbi liderlərlə Suriyadakı vəziyyəti dəyərləndiririk. 24-48 saat içində böyük bir qərar verəcəyik”, – Tramp deyib.

Həmçinin ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib ki, Suriyada hökumət güclərinə qarşı zərbələr istisna edilmir. Onun hərbi müdaxilələrə qarşı çıxmayan bir nazir kimi tanınmasını nəzərə alsaq, bəyanatın arxasında ciddi planların dayandığını demək olar.

Bu gün yayılan xəbərdə isə deyilir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Müdafiə Nazirliyi (Pentaqon) Suriyanın hökumət güclərinə məxsus 22 mühüm hədəfin xəritəsini hazırlayıb. Hədəflərin arasında İranın dəstəklədiyi qüvvələrlə bərabər, rus əsgərlərinin də olduğu Xüms, Tartus bazaları da var.    /publika.az/

Paylaş: