30 Oktyabr 2020 11:19

Dollar kreditlərinə güzəştlər: REALLAŞIR

Dollar krediti olanlar üçün yeni güzəştlər gözlənilir.Maliyyə Bazarlarına Nəzarət Palatasının manatın devalvasiyasından sonra yaranmış problemli kreditlərin azaldılması istiqamətində müxtəlif təkliflər hazırladığı ortaya çıxıb.Hazırda həmin təkliflər müzakirə olunur.Qeyd edək ki, dollar kreditləri ilə bağlı məsələ hələ də mübahisə mövzusudur.Banklar manatın dollar qarşısında devalvasiyaya uğramasından sonra kredit borclarını ABŞ valyutasının yeni məzənnəsi ilə qaytarmağı tələb edirlər.Problem isə ondadır ki, bu zaman Azərbaycan Mərkəzi Bankının (AMB) elan etdiyi gündəlik məzənnə deyil, kredit vermiş bankın özünün təyin etdiyi məzənnə əsas götürülür.Buna görə də dollarla kredit götürmüş vətəndaşların borclarını hansı məzənnə ilə ödəməli olduqları mübahisə yaradır.

Qeyd olunan məsələ ilə bağlı iqtisadçılar və kredit mütəxəssisləri tərəfindən çoxsaylı təkliflər irəli sürülüb.Amma hökumət bu təklifləri nəzərə almır və problem getdikcə dərinləşməkdə davam edir.Xatırladaq ki, İqtisadi və Sosal İnkişaf Mərkəzi (CESD) 2015-ci ildə xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təkliflər paket hazırlayıb və hökumətə təqdim edib. Orada üçtərəfli mexanizmin tətbiqi təklif olunub və bu “üçtərəfli güzəşt” mexanizmi adlanır: “Söhbət fərqin üç tərəf – hökumət, banklar və müştəri arasında bölüşdürülməsindən gedir.

Praktik olaraq, bu zaman yaranan fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri özü qarşılayır. Bunun özəlliyi ondan ibarət idi ki, hər bir tərəf yaranan fərqin az bir hissəsini, yəni, üçdə birini qarşılayır. Əgər müştəri 1.05 məzənnə ilə kredit götürübsə və artıq məzənnə 1.70-dirsə, o zaman yaranan 0.65 qəpiklik fərqin üçdə birini vətəndaş, digər üçdə ikisini isə dövlət və bank ödəyir. Bu, vətəndaş üçün ağırlıq yaratmır, çünki artıq üçdə ikisini başqa tərəf ödəyir.Bank üçün də ağırlıq yaratmır, çünki bank da üçdə birini ödəyir, digər üçdə ikisini isə vətəndaş və dövlət ödəyir.Dövlət üçün də ağırlıq yaratmır, çünki dövlət də üçdə birini ödəyir və digər üçdə ikisini müştəri ilə bank ödəyir.Təşkilatın bildirdiyinə görə, təəssüf ki, bu təklifə hökumət tərəfindən heç bir reaksiya gəlməyib.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hökumət bu məsələ üçün çox gecikib:

“Həddindən artıq gecikiblər. Birinci devalvasiyadan sonra bu problem dərhal həll olunsaydı, problemli kreditlərin həcmi indiki qədər böhran vəziyyətinə yüksəlməzdi.Rəsmi rəqəmlərə görə artıq 16 faizi keçib, qeyri-rəsmi hesablamalara görə isə 30-35 faiz civarındadır ki, bu da istənilən bank sektoru üçün iflic vəziyyəti yaradır.Bank sistemində kifayət qədər problemlər yaşanır.Bank sistemi ölkə iqtisadiyyatı həyatında normal iştirak edə bilmir.Sanki banklar böyük valyuta dəyişmə məntəqələrinə çevrilib.Bu çoxdan atılmalı bir addım idi ki, bu qədər şişməsin.Nə qədər çox gecikirsə də dövlətə bir o qədər baha başa gələcək.Çünki nə qədər çox fikirləşsən, yollar axtarsan da dövlətin vəsaiti və bankların dəstəyi olmadan bu problemin çözülməsi mümkün deyil.Banklar özləri bu problemi həll edə bilməyəcək, vəsaiti buna imkan vermir.Vətəndaş krediti qaytarmır, imkanları yoxdur.Ona görə də sonunda Mərkəzi Bankın, Neft Fondunun, yaxud da dövlət büdcəsinin vəsaiti hesabına bu məsələnin həlli gündəmə gələcək.Bu məsələnin bu qədər gecikdirilməsi ayrılacaq vəsaitin həcmini də artırır. Problemlə bağlı üç il əvvəl də təkliflər vermişdik. Məsuliyyətin ən azı üç yerə bölünməsi prinsipi götürülə bilər.Problemli kreditlərin üçdə bir hissəsi vətəndaşın, üçdə bir hissəsi bankın, yerdə qalan hissəsi dövlətin üzərinə düşməklə bu problemi həll etmək olar.İkincisi, faiz hesablanması dayandırılmalıdır. Çünki 2-3 il əvvəl artıq problemli kredit kateqoriyasına aid olan borclar var, hansı ki, bu illər ərzində üzərinə faiz gəlib. Hətta ana borcdan çox olub.Məsələn, 1000 dollar götürmüş vətəndaşın artıq 2500-3000 dollar borcu yaranıb.Yəni faiz hesablanması çoxdan dayandırılmalı idi.Üçüncü addım isə uzun bir zamana sirayət olunmalıdır ki, vətəndaş üçün rahat olsun. Vətəndaş o üzərinə düşən üçdə birlik payının ən azı 5 il müddətində qaytarılması ilə bağlı qərar verilməlidir. Bu olmasa, yenə də problem yaranacaq.Çünki vətəndaş həmən o borcu qaytarmaq iqtidarında deyil.Bu üç addım tez həyata keçsə və kompleks şəklində görülsə, problemin böyük bir hissəsi aradan qaldırılmış olar.Çox gecikmiş addım olduğundan problem həm dövlətin, həm bankın, həm də vətəndaşın işinə ciddi əngəllər yaradır”.

Ekspert əlavə edib ki, aşağı məzənnə ilə ödəmə qərarı qəbul edilsə belə, bu məzənnə fərqini ödəniləcək bir maliyyə mənbəyi lazımdır. Çünki bankların da xaricdən aldığı borclar var:

“Onları valyuta ilə alıblar və valyuta ilə də qaytarmalıdırlar. Əgər köhnə məzənnə ilə, manatla almağa başlasalar borclarını, o zaman yaranmış fərqi banklar ödəyə bilməyəcək.Bununla da banklar müflis olacaq, bir çoxları isə bağlanmaq təhlükəsi ilə üz-üzə qalacaq.Onsuz da hazırda bankların vəziyyəti yaxşı deyil.Onların kompensasiyasını kimsə ödəməlidir.Mərkəzi Bankın, Neft Fondunun, ya da dövlət büdcəsinin ehtiyatları hesabına kimsə bu fərqi ödəməlidir. Ona görə də bu yolun perspektivi zəif və az görünür. Mən düşünmürəm ki, çox qısa bir zamanda bununla bağlı bir qərar qəbul etmək mümkün olsun, çünki maliyyə mənbələri yoxdur. Amma məsuliyyətin üç yerə bölünməsi prinsipi qəbul olunsa, ən azı dövlət öz üzərinə düşən məsuliyyətli hissəni, yəni vəsaiti banklara köçürməyə başlasa, banklar üçün də o vəsait hesabına ayaqda qalmaq və öz iş prinsipini yenidən qurmaq imkanı yaranar”.   /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri