25 Noyabr 2020 19:59

Ermənistan parlamentində qiyam ÇAĞIRIŞI – VİDEO

Ermənistan parlamentinin iclas zalında “Çıxış” blokundan deputatlar xüsusi aksiya keçiriblər.

Turkustan.info Ermənistan KİV-inə istinadən xəbər verir ki, blokun üzvü Ararat Mirzoyan tribunaya çıxaraq hakim Respublika Partiyasını sərt tənqid edib.

“Serj Sarkisyanın üçüncü müddətə hakimiyyətdə qalmasının qarşısını ala, Respublika Partiyasının hakimiyyətinə son qoya və öz arzularımızda olan ölkəni qura bilərik. Bunun üçün Ermənistan vətəndaşları aprelin 13-də Azadlıq Meydanına gəlməlidir. Biz azadlıq məşəlini birlikdə yandıracağıq”, – Mirzoyan bildirib.

Bundan sonra o, cibindən tüstü fişəngini çıxararaq yandırıb. Onu blokun digər deputatı Lena Nazaryan da dəstəkləyib. Parlamentinin bütün iclas zalını tüstü bürüyüb.

Parlamentin vitse-spikeri Eduard Şarmazanov aksiyaya reaksiya verməyib və sonda aksiyanın uğurlu alınmadığını bildirib.  /Publika.az/

 

Paylaş: