Bz. Avq 25th, 2019

Ermənistan silkələnir – Polis xəbərdarlıq etdi

“Hamı cəzalandırılacaq”

Pensioner Serj Sarkisyanın aprelin 17-də baş nazir təyin ediləcəyi ilə bağlı xəbər bütün Ermənistanı silkələyir. İrəvanda, eləcə də başqa şəhər və hətta kəndlərdə yürüşlər, aksiyalar keçirilir. Aksiya iştirakçıları Sarkisyanın yenidən hakimiyyəti əlinə almasının qarşısını almağa çalışırlar. Bununla əlaqədar Ermənistan polisi də hərəkətə keçib, polis artıq bəyanat yayıb. Bildirilir ki, etiraz aksiyalarının təşkilatçıları sərbəst toplaşma haqqında qanunun tələblərini pozurlar.

Erməni polisi xəbərdarlıq edib ki, bütün qanun pozucuları saxlanılacaq və ciddi cəzalandırlacaqlar. “Bizə artıq bəllidir ki, aprelin 13-nə bir sıra yürüşlər təyin edilib. Məqsəd parlamentin Sarkisyanı baş nazir postuna seçməsinə mane olmaqdır. Qanun çərcivəsində cavab tədbirləri görüləcək. Ermənistan vətəndaşlarına qanunsuz yürüşlərə qatılmamağa çağırırıq”.  /istipress.com/

Paylaş: