05 Dekabr 2020 18:14

Nazirlər Kabineti istefaya göndəriləcək

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Azərbaycan Respublikasının yeni seçiləcək Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verəcək.

Turkustan.info məlumatına görə, bu barədə Azərbayacan Respublikasının Konstitusiyasının 116-cı maddəsində (Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası) qeyd edilib.

Konstitusiyaya görə, yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

Konstitusiyanın 115-ci maddəsinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi) görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

Konstitusiyanın 102-ci maddəsində (Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları) qeyd edilib ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edir.  /Modern.az/

Paylaş: