Səsvermə başladı – CANLI YAYIM
Bu gün Azərbaycanda növbəti prezident seçkiləri keçirilir.
Turkustan.info-nun xəbərinə görə, artıq saat 8:00-dan etibarən ölkənin bütün seçki məntəqələrində səsvermə prosesinə start verilib.
Səsvermə prosesi axşam saat 19:00-a kimi davam edəcək.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında seçkilərə hazırlıq prosesi barədə məlumat verib, hazırlığın yüksək səviyyədə aparıldığını bildirib.
MSK sədri seçki prosesinin Seçki Məcəlləsinə uyğun keçməsi üçün MSK-nın bütün lazımi tədbirləri gördüyünü nəzərə çatdırıb.
/Oxu.Az/