20 Oktyabr 2020 06:53

Seçki günü 103 yaşlı nənənin prezidentdən xahişi

“Padşahdan xahiş edirəm ki, müharibə olmasın”. 

Turkustan.info bildirir ki, İstiPress-in şimal bürosunun məlumatına görə, bu sözləri bu gün prezident seçkiləri günündə Qusarın ən uzunömürlü sakinlərindən biri, 103 yaşlı Nazirat Vəlimətova səsvermə hüququndan istifadə edərkən deyib.

Səhhətinə görə yaşadığı evə 51 saylı Qusar DSK-nın Düztahir kəndindəki 20 saylı məntəqədən daşınan qutu gələn Nazirat Vəlimətova müharibədən qorxduğunu, ermənilərə nifrət etdiyini deyib. Onun sözlərinə görə, səs verdiyi namizəddən əsas xahişi odur ki, o, Qarabağ münaqişəsini sülh yolu ilə həll edib müharibəni dayandırsın.

51 saylı Qusar Dairəsinin sədri Cəlil İbrahimov İstiPress-ə məlumat verib ki, bu gün Qusarda yaşı 100-ü keçmiş daha bir uzunömürlü prezident seçkilərinə münasibət bildirib. Rayonun Bədişqala kəndində yaşayan 106 yaşlı Besteyi Döndərova 20 saylı məntəqədən ona gələn daşınan qutu vasitəsilə seçkiyə qatılıb, rəhbər görmək istədiyi adama öz səsini verib.

Məryəm Bədirova - 101 yaşlı, Xaçmazın Balaqusarqışlaq kənd sakini

Məryəm Bədirova – 101 yaşlı, Xaçmazın Balaqusarqışlaq kənd sakini

Xaçmazın Balaqusarqışlaq kənd sakini, 101 yaşlı Məryəm Bədirova da prosesdən kənarda qalmayıb, ev şəraitində 13 saylı məntəqədəki seçici hüququndan istifadə edib prezident görmək istədiyi namizədə səsini verib. Məryəm Bədirova da, qusarlı Nazirat nənə kimi, “şəhid verməyək, düşməndə olan rayonlarımızı alaq, erməniləri torpağımızdan qovaq”- deyərək secici vəzifəsini yerinə yetirib.

53 saylı Quba-Qusar Dairəsindən isə bu gün, maşallah, 5 nəfər, 55 saylı Xaçmaz DSK-dan isə 2 nəfər yaşı bir əsri ötmüş uzunömürlü sakinin də prezident seçkilərində iştirakı təmin edilib. Qubada 103 yaşlı Sürəyya Mehdiyeva, 103 yaşlı Nənəqız İsayeva, 103 yaşlı Zinyət Almazova, 103 yaşlı Mövlud Seyidov, 101 yaşlı Mənsurə Rəhmanova, Xaçmazda 108 yaşlı Səlmi Xəlilova və 103 yaşlı Mələk Məlikova yaşadıqları ərazilərdə yerləşən seçki məntəqəsi üzvlərinin köməkliyi ilə ev şəraitində ölkə başçısını təyin edəcək səsverməyə qatılıblar.

54 saylı Şabran-Siyəzən Dairəsindən isə Şabranda 105 yaşlı Mülayim Qəhrəmanova, Siyəzəndə isə 109 yaşlı Nəcimə Dəmirova da gələçək prezidentlərinin seçimini ediblər. 44 saylı Sumqayıt -Xızı DSK-nın ən yaşlı seçicisi olan Xızının Giləzi qəsəbə sakini, 99 yaşlı Bəyzədə İlyasova da bu mühüm kampaniyada öz prezidentini seçmək üçün bülleten imzalayıb.

Göründüyü kimi, bu gün şimal bölgəsində yaşı 100-ü ötmüş 12 nəfər və 100 yaşın bir addımında olan bir nəfər, ümumilikdə, 13 nəfər ən yaşlı sakin öz prezidentini görmək istədiyi şəxsə səslərini verib. Bütün bu uzunömürlülər seçəcəkləri prezidentdən Qarabağ münaqişəsinə son qoymağı xahiş ediblər. Dünyanın hər üzünü görmüş yaşlı seçicilər ölkədə əmin-amanlığın davamlı olmasına, qan tökülüb şəhid verilməməsinə, torpaqlarımızın nankor qonşularımızdan geri alınmasına səs veriblər.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri