29 Oktyabr 2020 20:56

Baş bankirin dollar proqnozu: Bu ilin sonuna qədər…

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov manatın devalvasiya riskinin olmadığını bildirib. Lakin onun açıqlaması birmənalı qarşılanmır. Daha doğrusu, cəmiyyətdə baş bankirin proqnozlarına inam qalmayıb.

2015-ci ilin fevral ayında Mərkəzi Bankın (AMB) rəhbəri Elman Rüstəmov devalvasiya riskinin olmadığını dövlətin televiziyasının canlı efirindən səsləndirdi. Ancaq elə həmin günün səhəri manat 1.05 əmsalında devalvasiyaya getdi. Ardınca həmin ilin dekabr ayında manat növbəti kəskin devalvasiyaya 1.55 əmsalı ilə getdi. Maraqlı məqam ondadır ki, manatın ikinci devalvasiyasından bir gün əvvəl də Elman Rüstəmov manatın ucuzlaşmayacağı haqqında bəyanat vermişdi. Amma yenə də baş bankirin dediklərinin əksi baş verdi. Bu günlərdə Elman Rüstəmov çıxışında yenindən bu məsələyə toxundu. Baş bankir “Manatın ucuzlaşması üçün heç bir fundamental əsas yoxdur” dedi. Maraqlıdır ki, əslində bu dəfə baş bankirin dediklərində müəyyən qədər həqiqət payı olsa da, insanlarda müəyyən şübhələr yarandı. İnsanların bu narahatlığının səbəbi isə əslində aydındır. Elman Rüstəmovun bu mövzuda iki dəfə çıxışı edib və manat hər ikisində də kəskin devalvasiyaya məruz qalıb. Bu baxımdan bu gün insanlara əsas düşündürən məsələ (əslində Elman Rüstəmov düşünməlidir ki, xalq onun dediklərinə niyə etibar etmir – müəl.) baş bankirin dediklərinə inanmaqdır. Baş bankirin ötən iki çıxışında vəziyyəti düzgün qiymətləndirməməsinə inanmaq yersiz olardı.

Maraqlıdır, baş bankirin son çıxışında haqlı olaraq yaxın müddətdə devalvasiya gözləntilərinin olmadığını deyir, bəs niyə heç kim ona inanmır?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında Elman Rüstəmovun sözünə inanmadığını, baş bankirin istefaya gedəcəyinə ümid etdiyini də bildirib:“Ümumi götürsək, fikrin özü ilə razıyam. Hazırkı məqamda devalvasiya riski yoxdur. Həqiqətən də bunun üçün fundamental əsaslar yoxdur. Ona görə ki, neftin qiyməti sabitdir. Azərbaycanda isə valyuta mənbəyi neft və qazdır. Bunların ciddi bir alternativi yoxdur. Burada başqa problem odur ki, Elman Rüstəmovun özünə etimad yoxdur. İnkişaf etmiş ölkələrdə belə bir qayda var ki, xalqı aldatmış və ya səhv etmiş məmur səhvi üzə çıxan kimi istefa verməlidir.

Bu yalnız cəza deyil. Çünki sabah həmin şəxs düz də danışanda, artıq ona heç kim inanmır. Ona görə də Azərbaycan Mərkəzi Bankının rəhbərini çoxdan dəyişmək lazım idi ki, ən azından yeni şəxsin dediklərinə insanlar inansın. İndi hər kəs deyir ki, Elman Rüstəmov belə deyirsə, deməli, yenə devalvasiya olacaq. Ümid edirəm ki, ən azı yaxın müddətdə Mərkəzi Bankın rəhbərliyində dəyişiklik olacaq. Mərkəzi Bank ölkənin bank sisteminin başında dayanıb. Ölkənin bank sektoru isə kreditin üzərində dayanıb. Kredit sözünün mənası isə etimad, etibar deməkdir. Əgər bu sistemin başında duran şəxsə etibar, etimad yoxdursa, bank sektoru heç vaxt inkişaf edə bilməz”.

İqtisadçı-ekspert Akif Nəsirli isə Azərbaycanda hər zaman devalvasiya riskinin olduğunu deyib: “Azərbaycanda manatın ucuzlaşma riski həmişə var. Çünki Azərbaycan manatının arxasında iqtisadiyyat dayanmır. Manat sərbəst deyil, inzibati qaydada saxlanılır. Amma digər tərəfdən, Elman Rüstəmovun dediklərinə indi inanmaq olar. Əslində ilk devalvasiyada Elman Rüstəmovun dediklərinə daha çox inanan var idi. Çünki həmin dövrə qədər uzun zaman idi ki, manat sabit qalırdı. Hesab edirəm ki, bu ilin sonuna qədər hökumətin manatı sabit saxlamaq imkanları var. Amma növbəti ildə nələrin baş verəcəyini gələcək göstərəcək”.   /Cebhe.info/

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri