Ca. Noy 14th, 2019

“Müharibə bu şəhərdə bitəcək” – ABŞ NÖQTƏNİ QOYDU

“ABŞ Suriya müharibəsinin başa çatması üçün Cenevrə prosesinə bağlıdır”.

Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.

Suriyanın hökumət qüvvələrinə qarşı əməliyyatın keçirilməsinə gəlincə, müdafiə naziri hər hansı əməliyyatdan əvvəl Konqresin məlumatlandırılacağını deyib.

“Suriyada kimyəvi hücum olduğuna inanıram. ABŞ olaraq dəlil axtarırıq”, – Ceyms Mettis vurğulayıb.

Onun sözlərinə görə, Suriyada kimyəvi silahların gizlədilməsində Rusiya da məsuliyyət daşıyır.

Qeyd edək ki, Rusiya, Türkiyə və İranın təmsil olunduğu Astana formatı da Suriya böhranının həlli ilə məşğul olur. ABŞ isə Astana formatını qəbul etmir, Suriya böhranının yalnız Cenevrə formatında həllini tapacağını bildirir.   /Publika.az/

 

Paylaş: