27 Oktyabr 2020 07:47

Bakı ilə Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu – Video

İran ərazisində Bakı və Naxçıvanı birləşdirəcək əlavə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı iş aparılır.

Turkustan.info Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov deyib. Sədr bildirib ki, çatışmayan 167 km yolun tikintisi üçün kredit ayrılmasına qərar verilib.

Cavid Qurbanov deyib ki, rəhbərlik etdiyi qurum bu ilin sentyabr ayında Gəncəyə hərəkət edəcək ilk sürət qatarını işə salmağa çalışır. Qəbələ rayonuna isə dəmir yolu xəttinin çəkilişinə başlanılıb. Eyni zamanda, Qusar rayonuna da dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri davam etdirilir.

Azərbaycan Dəmir Yolları QSC İranın Astara bölgəsində inşa etdiyi və idarə edəcəyi əlavə yük terminalları üçün 200-dən çox sifariş qəbul edib. Terminallar vasitəsilə neft də daxil olmaqla müxtəlif yüklər daşınacaq.

Azərbaycan və İranın dəmir yolu qurumları “Astara yükdoldurma və yükboşaltma terminalının tikinisi və istismarı” layihəsi üzrə müqavilə imzalayıb. Müqavilə ADY-nin maliyyə və texniki dəstəyi ilə İran ərazisində 1,4 km uzunluğunda dəmir yolu xəttinin və böyük aşırma qabiliyyətinə malik olan 4 terminalın tikintisini nəzərdə turur. Müqaviləyə əsasən, sözügedən dəmir yolu xətti 15 il Azərbaycan tərəfinin idarəçiliyində olacaq.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri