02 Dekabr 2020 19:09

Şahnazaryanın sərsəm Naxçıvan açıqlamasına azərbaycanlı hərbçidən CAVAB: “İrəvanın mərkəzini vurmaq…”

Son günlər Rusiya və Ermənistan mətbuatında Azərbaycan ordusunun Naxçıvan istiqamətindən hücum edəcəyi barədə xəbərlər dərc olunur.

Ermənistan tərəfi isə bundan narahatlığını bildirərək müxtəlif bəyanatlarla çıxış edir və diqqəti öz üzərinə çəkməyə çalışır. Hər dəfə olduğu kimi bu dəfə də erməni politoloq Qrant Melik-Şahnazaryan sərsəm bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Azərbaycan ordusu Naxçıvan istiqamətindən genişmiqyaslı hücumlar edə bilməz: 

“Mən Naxçıvan istiqamətindən böyük təhlükə görmürəm. Bu ərazilər döyüş bölgəsi sayılır və biz bilirik ki, Ermənistan ordusu bu istiqamətdə yaxşı hazırlıq vəziyyətindədir. Hazırda Naxçıvan Ermənistan ordusunun tam nəzarəti altındadır və biz bu ərazilərdə şəhər, su anbarları, beynəlxalq hava limanları tikirik”,- deyə Şahnazaryan bildirib.

Məsələ ilə bağlı hərbçi Abuzər Əbilov Cebhe.info-ya açıqlamasında deyib ki, Şahnazaryan çoxdanın təxribatçısıdır və dedikləri hərb elmiylə heç vaxt tutuşmayıb: “Bu insan özünü siyasətçi adlandırsa da, ilk növbədə siyasətdən çox uzaq adamdır, ikincisi isə hərb elmindən anlaşıyı yoxdur. Əgər o, bu sözü deyirsə və az da olsa kiçik bir informasiyası varsa, gözəl bilərdi ki, əhmin ərazidə Naxçıvan Əlahiddə Qoşun Birləşməsi var. Hansı ki, Azərbaycan dövlətinin aldığı bütün müasir silahlarla təchiz olunub. Onu başa düşərdi ki, Naxçıvan hərbi qüvvələrinə bu ərazidən İrəvanın mərkəzini vurmaq heç bir çətinlik təşkil etmir. Qaldı ki, orada şəhər, su anbarı və ya beynəlxalq hava limanının olmasına, Naxçıvan hərbi hissəsləri üçün problem deyil. O obyektləri tamamilə vurub sıradan çıxarmaq olar. Hətta “Metsomor” Atom Elektrik Stansiyasını lazım gəlsə, vurub sıradan çıxarmaq olar. Sözsüz ki, bu, region üçün çox böyük bir bəla olar. Azərbaycan ordusu bunu heç vaxt etməz. Yaxşı olardı ki, Şahnazaryan bütün bu aspektləri düşünsün və sonra açıqlama versin. O, tam bir təxribatçıdır, sosial şəbəkələrdə ermənilərin özləri onun sözlərinə gülür”.   /Cebhe.info/

Paylaş: