20 Oktyabr 2020 12:19

“Rusiya boş-boş guruldadı, raketlər isə uçdu” – “III Dünya Müharibəsi heç vaxt olamayacaq”

“ABŞ-ın Fransa və Böyük Britaniya ilə birlikdə Suriyada əməliyyatlara başlaması təsdiq etdi ki, Üçüncü Dünya Müharibəsi heç vaxt olmayacaq”.

Turkustan.info bildirir ki, bu sözləri BakuPost-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Rusiyanın əməliyyatlara heç bir cavab verməməsi onun hərbi-texniki cəhətdən Amerikadan qat-qat aşağı olduğunu göstərib: “Rusiya gur-gur guruldayırdı ki, Suriyaya atılan raketləri vuracaq və hərbi texnikalar hazır vəziyyətə gətirilib. Amma raketlər uçdu, lazım olan məntəqələri vurdu, bir dənə də olsun itki olmadı. Bu o deməkdir ki, Rusiya hərbi-texniki cəhətdən Amerikadan qat-qat geridə qalır və döyüş meydanında bu, özünü göstərdi”.
Politoloqun sözlərinə görə, artıq Amerikanın və NATO-nun əl-qolu açılıb: “Növbədə Suriyada vəziyyəti dəyişdirmək durur. İranı İraq və Suriyadan çıxarmaq istiqamətində hərəkətlər bundan sonra da davam etdiriləcək. Rusiya isə sadəcə olaraq boş bəyanatlarla aranı qarışdırmağa cəhd edir”. 
 
Картинки по запросу qabil huseynli
Qabil Hüseynli əlavə edib ki, bu dəfə Əsədi devirməsələr, çox böyük strateji səhvə yol vermiş olacaqlar: “Düzdür, Əsəd Rusiyanın hərbi bazasında gizlənir, amma paytaxt boşdur. Müxalif qüvvələr hazır vəziyyətdə dayanıb. Keçid dövrü haqqında BMT-nin xüsusi qərarı var. Mən belə başa düşürəm ki, Dəməşqdə hakimiyyət dəyişikliyi üçün şərait var, sadəcə olaraq ortaya siyasi idarə qoyulmalıdır ki, bu proses tamamilə başa çatsın. Amerikanın strateji niyyətlərini həyata keçirməsi üçün bundan yaxşı vəziyyət heç zaman olmayacaq. O, bu niyyətləri NATO ilə birlikdə reallaşdırmalıdır”. 
“Keçid dövrü Suriyada yeni döyüşlərin başlamasına şərait yaratmayacaq ki” sualına Q. Hüseynli belə cavab verib: “Keçid dövrü ərzində dövlətlər üzərinə məsuliyyət götürəcək və yeni qurulmuş hakimiyyətə dəstək verəcək. Dəstək verməsələr, ara yenidən qarışa bilər. Ortada Liviya təcrübəsi var, İraq var. Yeni qurulmuş keçid hökumətinə hər cür yardım etmək lazımdır. Suriya isə başdan-başa dağılıb, ölkənin yenidən qurulması üçün burada hərbi əməliyyatlarda iştirak etmiş dövlətlər əllərini ciblərinə salmalıdır”.
 

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri